Tarix : 2008 Aug 22
Kod 6713

PROKURORLUQ: AZƏRBAYCAN PAYTAXTINDA BAŞ VERƏN PARTLAYIŞ QƏSDƏN TÖRƏDİLİB

cümə saat 12.55 radələrində Xətai rayonunun Məzahir Rüstəmov küçəsində yerləşən 138 saylı məktəbin və uşaq bağçasının yaxınlığında transformator partlayıb
Azərbaijan Servisi/Aran Agentliyi

Bakının Xətai rayonu ərazisində baş verən partlayışın qəsdən törədildiyi təsdiq edilib. Xətai rayon Prokurorluğundan  bildirilib ki, hadisə partlayıcı qurğunun işə salınması nəticəsində baş verib. Qeyd edək ki, cümə saat 12.55 radələrində Xətai rayonunun Məzahir Rüstəmov küçəsində yerləşən 138 saylı məktəbin və uşaq bağçasının yaxınlığında transformator partlayıb. Hadisə nəticəsində iki nəfər - transformatorda təmir işləri aparan "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları Kamal Bayramov və Elmar İsmayılov həlak olub.

Cəmiyyətin iki əməkdaşı isə yaralanıb. Xəsarət alanlar isə Bakı şəhər sakini, 57 yaşlı Cəsur Məmmədov və Pərviz Seyidovdur. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Hadisə yerinə baş prokurorun I müavini Rüstəm Usubov gedib. Hazırda Fövqəladə Hallar Nazirliyinin, Baş Prokurorluğun və Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparırlar.

  • Yazılıb
  • da (də) 2008 Aug 22