Tarix : 2008 Aug 23
Kod 6730

BAKIELEKTRİKŞƏBƏKƏ''nin TRANSFORMATOR MƏNTƏQƏSİNDƏKİ PARTLAYIŞIN ƏBU-BƏKR MƏSCİNDƏKİ HADİSƏ İLƏ B...

Bakının Xətai rayonu ərazisindəki transformator məntəqəsində quraşdırılmış partlayıcı qurğunun növünü müəyyənləşdirmək üçün ekspertiza təyin olunub
Azərbaijan Servisi/Aran Agentliyi

Xətai rayon prokurorluğunun müstəntiqi Elçin Musayev cümə günü Trend News-a bildirib ki, partlayıcı qurğu məntəqənin qapısına yerləşdirilib və "Bakıelektrikşəbəkə"nin əməkdaşları qapını açarkən partlayış baş verib.

Hadisə zamanı məntəqədə olan "Bakıelektrikşəbəkə"nin Xətai rayon şöbəsinin 2 əməkdaşı -- Kamal Bağırov və Elmar İmanov həlak olublar, Cəsur Məmmədov, Pərviz Seyidov və Ramil Qurbanov müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

"Bakıelektrikşəbəkə"nin əməkdaşları məntəqəyə transformator quraşdırmaq üçün gəliblər.

Müstəntiq hadisə ilə bağlı cinayət işinin açıldığını bildirib.

Musayev hadisənin Əbu-Bəkr məscidində baş vermiş partlayışla əlaqəli olması versiyasını nə təsdiq, nə də təkzib edib.

İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsi aparır.

Cümə günü Xətai rayonu, Məzahir Rüstəmov küçəsi 3 ünvanında, 138 saylı məktəbin arxasında elektrik transformator məntəqəsində partlayış bağ verib.

Hadisə yerində Baş Prokurorluğun, Milli Təhlükəsizlik Nazirliyinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları olublar.

Avqustun 17- də isə Bakının Nərimanov rayonu ərazisindəki Əbu-Bəkr məscidində partlayış törədilib, nəticədə 2 nəfərhəlak olub, 19 nəfər yaralanıb.

  • Yazılıb
  • da (də) 2008 Aug 23