Tarix : 2008 Aug 23
Kod 6731

Sarksyan Gürcüstan hadisələrinə reaksiya verib

Bu Cənubi Qafqaz regionunda baş verən qəmli insani bir faciədir
Armenia Servisi/Aran Agentliyi
Ermənistan prezidenti Serj Sarksyan son vaxtlar Gürcüstanda baş vermiş hadisələrə münasibət bildirib.

O deyib: Gürcüstanda baş verən qəmli hadisə, xalqların öz müqəddəratlarını təyin etməklə bağlı haqlarını istəməsindən irəli gələn nəticələrin bariz nümunəsidir.
Trend informasiya agentliyi xəbər verir: Sarksyan son vaxtlar Cənubi Osetiyada baş vermiş hadisələrə Yerevanda münasibət bildirərək, deyib: Bu Cənubi Qafqaz regionunda baş verən qəmli insani bir faciədir. Ona görə də, bu hadisələrdən irəli gələn nəticələrin aradan qaldırılması üçün səfərbər olmağımız lazım görülür.
İnterfaks informasiya agentliyinin Yerevandan verdiyi məlumata görə, Sarksyan Yerevanda Kollektiv Təhlükəsizlik müqaviləsinə üzv ölkələrin Müdafiə Nazirlərinin iclası çərçivəsində Rusiyanın prezidenti Dmitri Medvedyev və ölkəsi Avropa Birliyinə sədrlik edən Fransanın prezidenti Nikola Sarkozinin Cənubi Osetiya münaqişəsinin həlli ilə bağlı layihəsini müsbət qarşılayaraq, layihənin maddələrini münaqişə tərəflərinin arasındakı ixtilafların aradan qaldırılması üçün bir zəmin hesab edib.
O deyib: Cənubi Qafqaz regionunda xalqların öz müqəddəratını təyin etmək haqları ilə bağlı məsələlərin araşdırılması üzrə hərbi qarşıdurmaya cəhd göstərmək, Cənubi Qafqaza ciddi və geo-politik hərbi töhfələri olacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası dəfələrlə Qarabağ konfliktinin hərbi yolla həll edilməsinə maraqlı olduğunu bildirib. Ancaq NATO və ABŞ bu məsələnin əleyhinə olduqlarını elan ediblər.

  • Yazılıb
  • da (də) 2008 Aug 23