Dünya miqyasında əl toxuşu olan xalçalara tələbin az olmasına baxmayaraq, İran hələdə bu sənayenin böyük ixracatçısı sayılır
İran servisi/Aran Agentliyi
Dünya miqyasında əl toxuşu olan xalçalara tələbin az olmasına baxmayaraq, İran hələdə bu sənayenin böyük ixracatçısı sayılır.
İRNA-nın verdiyi məlumata görə İranın ticarət naziri Məsud Mirkazimi Tehranda əl toxuşu olan xalçalar üzrə keçirilən 17-ci sərginin açılış mərasimində deyib: Dünya miqyasında əl toxuşu olan xalçalara tələbin az olmasına baxmayaraq, İran hələdə bu sənayenin böyük ixracatçısı sayılır.
Onun sözlərinə görə, İran hər il müxtəlif növdə 515 milyon m2 xalça istehsal edir ki, onun üçdə iki hissəsindən çoxu ixrac olunur.
Mirkazimi ABŞ, Kanada, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Yaponiya və İsveçrəni İran xalçaları ixracatının mühüm bazarlarından hesab edərək, deyib: Hindistan, Pakistan, Çin Xalq Respublikası, Nepal və Türkiyə əl toxuşu olan xalçaları ixracı sahəsində İranın mühüm rəqiblərindən sayılırlar.
İranın Ticarət Naziri İranın əl toxuşu olan xalçalardan dizaynların üzünün köçürülməsinə münasibət bildirərək deyib: İran xalçalarının lisenziyalaşdırılma etiketi həyata keçirilməkdədir.