hissəsində qoyulmuş bombanın işə düşməsi nəticəsində 2 nəfər həlak olub daha 2-si yaralanıb
Azərbaijan Servisi/Aran Agentliyi
Bakının Xətai elektrik enerjisi stansiyasının giriş hissəsində qoyulmuş bombanın işə düşməsi nəticəsində 2 nəfər həlak olub daha 2-si yaralanıb. ANS İnformasiya Agentliyinin verdiyi məlumata görə, cümə günü səhərçağı Bakının Xətai rayonunun elektrik enerji paylama şəbəkəsinin işçiləri Bakıda Rüstəmov küçəsində 138 saylı orta məktəbin yaxınlığında gücləndirici stansiyaya daxil olmaq istədikləri vaxt qabaqcadan yerləşdirilmiş bomba qurğusu işə düşüb kiki, nəticədə bu idarənin işçilərindən olan Kamal Bayramov və Elmar İsmayılov həlak olub. Pərviz Seyidov və Cəsur Məmmədov adlı daha iki işçi ağır vəziyyətdə yaralanıb. Bakının elektirk enerji paylama səhmdar şirkətinin tərəfindən verilən məlumata görə, bu idarənin işçiləri Xətai stansiyasından işdən düşmüş transformatoru dəyişmək niyyətində imişlər.