Moskva Buşehr Atom Elektrik Stansiyasının istifadəyə verilməsi ilə maraqlanır və özünü bu layihənin təkmilləşdirilməsi və istifadəyə verilməsində məsul bilir
Rusiya Servisi/Aran Agentliyi
Rusiyanın Tehrandakı səfiri deyib: Buşehr AES-i 2009-cu ilin əvvəlində İranın elektrik istehsal şəbəkəsinə qoşulacaq. Rusiyanın İrandakı səfiri Aleksandr Sadovnikov şənbə günü İrna ilə müsahibədə cari ilin sonunadək Buşehr AES-i fazalarının hamısının sınaqdan keçirilməli olmasına işarə edərək, deyib: Moskva Buşehr Atom Elektrik Stansiyasının istifadəyə verilməsi ilə maraqlanır və özünü bu layihənin təkmilləşdirilməsi və istifadəyə verilməsində məsul bilir.
Buşehr AES-nin müxtəlif fazalarının hazırkı şəraitdə yekun sınaqların mərhələsində olmasına işarə edərək, deyib: Bu fazaların sınaqdan keçməsindən sonra cari ilin sonunadək bu stansiyanın bütün fazalarının əsas hissəsi yəni reaktor həyata keçiriləcək ki, onun kompleksində ahəngdarlığın olması və problemlərin olmamağından əminlik tapaq.
Rusiyanın Tehrandakı səfiri habelə Buşehr AES-nin coğrafi məntəqə və strateji baxımdan həssas bir yerdə olmasına işarə edərək, deyib: Buşehr AES ilə əlaqədar təfərrüata keçməyə lazım görülmür. Çünki bəziləri ondan su-istifadə etmək niyyətindədirlər.