Tarix : 2008 Aug 24
Kod 6757

Gürcüstan dəmiryolunda partlayış

Gürcstanın əsas şərq-qərb dəmiryolu xətti ilə neft məhsulları daşıyan bir yük qatarında partlayış baş verib
Gürcüstan Servisi/Aran Agentliyi
Bu hadisə Qori şəhərindən 5 kilometr aralıda yerləşən Skra kəndindəki atılıb-qalmış bir hərbi bazanın yaxınlığında baş verib.
Gürcüstanən daxili işlər naziri Şota Utiaşvili bildirib ki, həmin qatar relslərin yanında yerə basdırılmış minadan partlaya bilərdi.
Partlayış nəticəsində qatarda yanğın başlayıb. Qatarın qalıqlarından göyə sıx qara tüstü qalxdığı deyilir.
Fövqəladə hallar nazirliyinın qulluqçuları yanğının yayılmasının qarşısını almaq üçün bir neçə vaqonu qatardan açıb ayırıblar.

Gürcüstanın şərq-qərb dəmiryolu xətti onun iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir. Bu yol ölkənin şərqini qərbdəki dəniz limanları ilə birləşdirir.

  • Yazılıb
  • da (də) 2008 Aug 24