Azərbaycan R. İran marşrutu ilə öz neftini tranzit etmək üçün birinci neft məmulatlarını İranın Neft Terminalları Şirkətinə təhvil verib
Azərbaijan Servisi/Aran Agentliyi
Azərbaycan R. İran marşrutu ilə öz neftini tranzit etmək üçün birinci neft məmulatlarını İranın Neft Terminalları Şirkətinə təhvil verib. İranın Neft Nazirliyinin İnformasiya saytının yazdığına görə, son vaxtlar Gürcüstanda baş vermiş qarşıdurma və Azərbaycan Respublikası enerjisinin tranzit edilməsinin təhdidə məruz qalmasından sonra, bu respublika İranın mövqeyini və onun xüsusi potensial və imkanlarını, xüsusi ilə də onun Fars körfəzi yolu ilə azad sulara çıxarılması imkanını dərk etdikdən sonra, İran marşrutu ilə Avropaya enerjinin nəql edilməsinə üz tutub.
Habelə İİR-nın geniş dəmiryol şəbəkəsinin tranzit xətlərinin və şimal limanlarında neft terminallarının mövcudluğu, Türkiyə və İraq tərəfə yanacağın tranziti marşrutunda şimal neft-kimya zavodlarında Xəzəryanı ölkələrin xam neftinin cəzb edilməsi üçün ehtiyat anbarlarının mövcudluğu imkanı və İranın siyasi və iqtisadi təhlükəsizlik və sabitliyi Azərbaycan Respublikasının İran marşrutu ilə Avropaya enerjinin tranzit edilməsini nəzərdə tutması bunun digər səbəblərindəndir.
Xam neft və neft məmulatları daşıyıcılarını Avropaya ixrac edən ölkələrdən biri olan Azərbaycan Respublikası bundan öncə öz neft məmulatlarını Gürcüstan marşrutu ilə tranzit edirdi.
Ancaq Cənubi Osetiya münaqişəsi üzrə Gürcüstan ilə Rusiya arasındakı qarşıdurmanın davam etməsindən sonra, Qazaxıstan, Türkmənistan və Azərbaycan Respublikasının enerji ixracatının əsas tranzit marşrutu və Avropanın enerjiyə olan tələbatının müəyyən hissəsini təmin etmək üçün Qafqaz regionunun Qara dənizdən Avropaya tranzit edilən neft ehtiyatlarının yolları təhlükəli olmuşdur.