Avqustun 22-də Bakının Xətai rayonu Məzahir Rüstəmov küçəsi 3 ünvanında yerləşən "Bakıelektrikşəbəkə"yə məxsus yarımstansiyadakı partlayışla bağlı Respublika Baş Prokurorluğunda cinayət işi başlanılıb
Azərbaijan Servisi/Aran Agentliyi
Baş Prokurorluğun mətbuat xidmətinin verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq silah-sursat, onun ehtiyat hissələrinin saxlama) maddələri ilə cinayət işi başlanılıb. Prokurorluqdan həmçinin hadisənin terror aktı olmasının istisna edilmədiyini, bu yönümdə araşdırmaların davam etdirildiyini də söyləyiblər. Partlayışla bağlı isə hələlik saxlanılan yoxdur.
Qeyd edək ki, partlayış nəticəsində "Bakıelektrikşəbəkə"nin 2 əməkdaşı ölüb, 3-ü isə yaralanıb.