Tarix : 2008 Aug 25
Kod 6783

BA­BA PÜN­HAN YA­RA­DI­CI­LI­ĞIN­DA ZÜ­HUR HƏS­RƏ­T

.
Azərbaijan Servisi/Aran Agentliyi
Bö­yük mü­tə­fək­ki­r Mən­sur Həl­lac edam olu­nar­kən Al­la­ha mü­ra­ci­ət­lə de­miş­di: "Mə­nə əyan et­dik­lə­ri­ni on­la­ra gös­tər­səy­din, et­dik­lə­ri­ni et­məz­di­lər. Sən on­lar­dan giz­lət­dik­lə­ri­ni mən­dən də giz­lət­səy­din müb­tə­la ol­du­ğum bu bə­la­ya düş­məz­dim". Bu, Al­lah tə­rə­fin­dən hə­qi­qət yü­kü­nü bu dün­ya­da da­şı­ma­ğa mə­mur oaln bir aşi­qin söz­lə­ri­dir.

Hə­qi­qət bir ağır yük­dür ki, onu da­şı­maq şə­rə­fi yal­nız se­çil­miş bən­də­lə­rə nə­sib olur. O bən­də­lər ki, Al­lah fey­zin­dən bəh­rə­lə­nib Onun dər­ga­hı­na mə­ri­fət kəsb edir­lər, nur bəxş olu­nub bə­si­rət göz­lə­ri açı­lır və hə­qi­qət­lə­ri gör­mək im­ka­nı qa­za­nır­lar. On­lar Yer üzün­də haqq-əda­lət bər­qə­rar ola­caq gü­nə qə­dər tək­cə ümi­di­miz olan İmam Meh­di Sa­hib əz-Za­man (ə.c) sa­diq aşiq­lə­ri­nə və və­fa­lı əs­gər­lə­ri­nə çev­ri­lir­lər.

Be­lə sa­diq­lər­dən və mü­ca­hid­lər­dən bi­ri də fa­ni dün­ya­da fərq mül­kü­nü məs­kən edən, qə­lə­mi­ni əlin­də xən­cər edib küfr do­lu ürək­lə­rə san­caq, Haq­qın di­li olub hə­qi­qət­lə­ri söy­lə­yən, "Haqq yol­la­rın­da il­lə­rin zəv­va­rı" olub bu yol­lun man­cə­lə­rin­dən çə­kin­mə­yən və bu yol­da ölüm­dən be­lə qorxma­yan söz sə­nət­ka­rı­mız Ba­ba Pünhan­dır. O Ba­ba Pün­han ki, zə­ma­nə­mi­zin Sa­bi­ri olub, za­ra­fat­cıl bir şa­ir ki­mi yad­daş­lar­da iz qo­yub get­di. Ca­hil­lə­rə gül­dü, on­la­rı öz­lə­ri-öz­lə­ri­nə gül­mə­yi məc­bur edən­də isə özü on­la­rın ha­lı­na acı­dı. Bu gü­lüş­lər o qə­dər möh­kəm ol­du ki, Ba­ba­nın çək­di­yi na­lə­lə­ri onun ki­mi fər­yad için­də olan bir ne­çə kəs­dən baş­qa bir kim­sə eşit­mə­di. Hər gül­mə­li kəl­mə­nin ar­xa­sın­da bir qət­rə göz ya­şı giz­lən­di: "Siz gü­lür­kən yaz­dı­ğım hər bey­tə, hər bir kəl­mə­yə, Pün­ha­nam, ağ­lar ya­zım...", - de­yə na­lə edib:

Ba­ba­nın söz­lə­rin­dən hər kim­də gü­lüş­lər do­ğu­rub,
Bu gü­lüş­lər­dən onun göz­lə­ri­nə nəm tö­kü­lüb.

- söy­lə­yən şa­ir gü­lüş­lə bəd­xis­lət­lə­ri is­lah et­mə­yə, nəfslə­ri tə­miz­lə­mə­yə ça­lış­dı, am­ma bir bəh­rə gör­mə­di. Özü isə bir dün­ya kə­dər da­şı­dı çi­yin­lə­rin­də. 56 il can qu­şu bə­dən qə­fə­sin­də çır­pın­dı, am­ma ümid do­lu göz­lə­ri­ni bir də­fə be­lə qırpma­yıb haq­qın qa­pı­sı­na zil­lə­di. Bu qa­pı­nın nə vaxtsa açı­la­ca­ğı və ora­dan Sa­hib əz-Zə­ma­nan enə­cə­yi ümi­di ilə ya­şa­dı, zü­hur in­ti­za­rıy­la alı­şıb yan­dı və de­di:

Ümi­dim Məh­şə­rə­dir, Qa­i­mə­dir, leyk sə­nin,
Onu əf­sa­nə sa­yan ca­hi­lə­dir ki, hə­lə ki.

Bir mü­qəd­dəs qo­na­ğın gəl­mə­sin hiss et­mə­də­yəm,
Əl­li dörd il­di dö­züb sir­li qo­naq­çün ya­şa­dım.

Şa­i­rin dün­ya­da ən bö­yük ar­zu­su İmam Sa­hib əz-Zə­ma­na əs­gər ol­maq idi. Özü­nün de­di­yi ki­mi Həz­rət Ab­ba­sın Kər­bə­la səh­ra­sın­da əlin­dən dü­şən haqq bay­ra­ğı­nı Ba­di-Ku­bə­də gö­yə qal­dı­ran şa­ir in­san­la­rı da­im ci­ha­da ha­zır ol­ma­ğa ça­ğır­dı, özü isə öm­rü bo­yu ca­nı­nı haqq yo­lun­da fə­da et­mək ar­zu­su ilə ya­şa­dı.
Fə­qir­lik mə­qa­mı­na ye­tib sul­tan ki­mi ömür sür­dü. Arif­lər ki­mi eşqdən ya­zıb onu vəsf et­mə­sə də, qəl­bin­də bö­yük eşq dər­ya­sı dal­ğa­lan­dı. Bu eşq onu fə­qir mə­qa­mı­na yük­səl­dib dün­ya­nın fa­ni­li­yin­dən xə­bər­dar et­di.

Ey ki, sul­tan ol­maq is­tər­sən, fə­qir ol kim, fə­qir,
Kim ki, sul­tan ol­du, dər­viş ol­ma­dı, sul­tan de­yil.

XIV əsrdə Nə­si­mi­nin di­lin­dən qo­pan bu mis­ra­lar 600 il ta­rix ya­şa­yıb gah Se­yid Əzim qə­zə­lin­də, gah da Sa­bir sa­ti­ra­sın­da tə­za­hür et­di. 100 il­dən son­ra isə Ba­ba Pün­han ya­ra­dı­cı­lı­ğın­da bir da­ha can­lan­dı. Ba­ba Pün­han da fə­qir­lik yo­lu­nu tut­du, sa­də ya­şa­yıb mə­na alə­min­də ka­şa­nə­lər ucaltdı. Bu­nu za­ra­fat­ya­na təs­vir edib de­di:

De­dim ki, bağ­da Pün­ha­nın evin ni­şan ve­rin mə­nə,
O da itin gü­nün­də bir kü­laf­rən­gi gös­tə­rir.

Özü ila­hi mə­ri­fət kəsb edib Al­lah tə­rə­fin­dən hüş­yar olan şa­ir qəf­lət­də ya­tan­la­rı oya­dıb xə­bər­dar et­mə­yi özə­nə borc bil­di. İn­san­la­rı dün­ya sev­gi­si­nə uy­ma­ma­ğı ça­ğır­dı və bu sev­gi­nin çox ağır bir yük ol­du­ğu­nu bil­dir­di. Bə­şə­ri bir kar­va­na bən­zət­di və de­di:

Kar­va­nı ağır yük­lü, ömür yol­lu ca­ha­nın,
Kar­van­sa­ra­sın­dan gö­rə­sən kim nə gö­tür­dü?

İl­lər­lə dün­ya ma­lı top­la­yıb gö­zü doy­ma­yan, qəsrlər qu­rub cah-cə­lal için­də ya­şa­yan, bu qəsrlər­də özü­nü hər fə­la­kət­dən aman­da hiss edən qa­fil­lə­rə üzü­nü tut­du, on­la­rı "söz­lə vu­rub vü­cud­la­rı­nı tər­pət­mə­yə" ça­lış­dı və de­di:

Sən ça­lış Cən­nət­mə­ka­nın da­i­mi sul­ta­nı ol,
Bu fə­na dün­ya­da heç kim da­i­mi sul­tan de­yil.

La­kin bu nə­si­hət­lər də ka­ra gəl­mə­di. Çün­ki "Al­lah on­la­rın ürə­yi­nə və qu­la­ğı­na mö­hür vur­muş­du. Göz­lə­rin­də də pər­də var­dı. On­la­rı bö­yük bir əzab göz­lə­yir" (Qu­ran, 2/7).
Ba­ba­nın da ye­ga­nə ümi­di elə bu əzab gü­nü idi. İl­lər bo­yu şey­ta­na qul­luq edən, qan­lar tö­küb göz­lə­ri yaş­lı qo­yan, ürək­lər dağ­la­yıb dağ boy­da qəsrlər ucal­dan, fə­qir­lə­rin ma­lı­nı mə­nim­sə­yib ye­tim­lə­rin pu­lu­na göz di­kən­lə­rin nə hal­da ol­du­ğu­nu gö­rüb nə vaxtsa ca­vab ver­mək mə­qa­mı gə­lib ça­tan­da on­la­rın aqi­bə­ti­nin ne­cə ola­ca­ğın­dan agah ol­du­ğu­nu bil­dir­di:

Min gü­na­hın ca­va­bı həşrdə bir an­lıq olar
Cə­mi bir anın için­də hə­rə bir yan­lıq olar.

Bu bir an­lıq ca­vab­dan son­ra isə əbə­di hə­ya­tın baş­lan­ma­sı­na çox ümid bəs­lə­di. La­kin ümid­lər alə­mi­nə seyr edib bu dün­ya­dan da əli­ni üz­mə­di. Çün­ki haqq-əda­lət bər­pa ola­caq gü­nə qə­dər hə­qi­qət yü­kü­nü çi­yin­lə­rin­də da­şı­yan aşiq­lə­rin haqq yo­lun­da səy gös­tə­rib ci­had et­mə­lə ol­duq­la­rı­nı bi­lir­di. Özü də bu aşiq­lər­dən idi və öm­rü bo­yu öz eş­qi­nə sa­diq qal­dı, "haqq" de­yib car çək­di, "hə­qi­qə­ti ya­zıb, söz qi­ya­mə­ti qo­par­dı", yaz­dı­ğı hər bir kəl­mə­ni ya­şa­dı, ya­şa­yıb ya­rat­dı ki, ya­ra­da­nın­dan son­ra əbə­di ya­şa­sın. Haqq dər­ga­hın­dan əmr alıb gəl­di ki, bu dün­ya­ya sa­kin ol­du, am­ma on­dan heç nə is­tə­mə­di, çün­ki İla­hi bəx­şiş­lə var­lan­dı və çox sə­xa­vət­li ol­du. Bir əliy­lə alıb o bi­ri ilə pay­la­dı. Mə­mur ol­du­ğu işin öh­də­sin­dən la­yi­qin­cə gəl­di. Eşq ilə ya­şa­yıb xi­las­kar ima­mı göz­lə­di. Axi­rət gü­nü­nü bö­yük in­ti­zar­la təs­vi­ri­ni elə gö­zəl ver­di ki, bu təs­vir yal­nız bir daş par­ça­sı­na çev­ril­miş qəl­bi tit­rət­mə­yə bi­lər:

...O gü­nü yer­də­ki­nə ar­xa­la­nan­lar udu­zar,
O gü­nü ar­xa­lı dağ­lar ya­ma­cın­dan qı­rı­lar.

...Qa­yı­dar Həz­rət İsa ilə Sa­hib-Za­ma­nım,
Bə­şər İs­la­mə gə­lər, kil­sə xa­çın­dan qı­rı­lar.

... Ne­çə şah­lar otu­rub iy­nə ucun­da, Pün­han,
Gə­lər in­şə­al­lah o gün, iy­nə ucun­dan qı­rı­lar.

O gü­nə tam var­lı­ğı ilə bağ­la­nan şa­ir əmin bir yol­da eşq tə­ri­qin­də ol­du­ğu­nu bi­lib hə­qi­qə­tə yet­di. Nə­ti­cə­si isə kül­li-sə­a­də­tə çat­maq­la bit­di və kül­lən mə­şu­qa ye­tib fa­ni ol­du. Hə­ya­tın­da bü­tün ümi­di göz­lə­rin gör­mə­di­yi, ağıl­la­rın dərk et­mə­di­yi, şü­ur­la­rın föv­qün­də da­ya­nan o Müt­ləq Var­lı­ğa da­yan­mış­dı. Yal­nız gör­dü­yü­nü qə­bul edən, mə­nə­vi məh­ru­miy­yət sa­hib­lə­ri­nə nə­si­hət ver­di. Nə­si­hət eşit­mə­yib şa­i­rin özü­nə tə­nə et­dik­də isə o, de­di:

Xof­dan əyi­lib büt­pə­rəst ol­muş­lar önün­də,
Qan­sız bü­tü in­kar elə­dim, mən nə de­dim ki?

"Ca­han ge­dir sü­qu­ta, Qu­ran ye­tir sü­bu­ta" və ya "Guş qıl döv­rün sə­si, ey dil, sə­da­yi Sur­dur", - de­yən şa­ir bu mis­ra­lar­la gö­zü ilə gör­mə­yi qəl­bi ilə hiss et­dik­lə­ri­ni sü­but et­mə­yə ça­lış­dı və car çə­kib bu yo­lun əmin bir yol ol­du­ğu­na in­san­la­rı inan­dır­maq is­tə­di. La­kin göz­lər­də­ki pər­də­lər Al­la­hın gə­tir­di­yi aş­kar də­lil­lə­ri gör­mə­yə im­kan ver­mə­di. Bu da bü­tün haqq aşiq­lə­ri ki­mi Ba­ba­nı da mə­yus et­di, onu haq­qa bir az da ya­xın­laş­dır­dı. Al­la­hın əma­nə­ti­nə sa­diq qal­dı, bu yük onun cis­mi­ni nə qə­dər əz­di­sə, mə­qa­mı da bir o qə­dər ucaltdı.
Ba­ba Pün­han "da­ri­də hər gün mə­nəm, məş­hur olan Mən­sur­dur" de­yib, döv­rü­nün Mən­su­ru ol­du. Di­li Al­la­hın zik­rin­dən baş­qa bir söz de­mə­dim, on­dan baş­qa mə­şuq və mə­bud ta­nı­ma­yıb yal­nız onu ar­zu­la­dı. "Bir özün­dən baş­qa heç kəs haq­qa or­taq qal­ma­dı", - de­di. Ba­ba Pün­han və onun ya­ra­dı­cı­lı­ğın­da Mən­sur Həl­la­cın bu söz­lə­ri yad olun­du: "Ey in­san­lar, əgər haqq bir ürə­yə ha­kim kə­si­lər­sə, onu baş­qa­la­rın­dan tə­miz­lə­yər, onu özün­dən sa­va­yı olan­lar­dan uzaq­laş­dı­rar. Əgər qu­lu­nu se­vər­sə, qu­lu Ona lap ya­xın­la­şa­na ki­mi baş­qa qul­la­rı­nı onun­la əda­və­tə sövq edər." Bu­na gö­rə də Ba­ba Pün­han özü­nü "qey­ri-bə­şər" ad­lan­dır­dı ki, üzü­nü göy­lə­rə tut­du, "al yor­ğun olan ca­nı", - de­yə mü­ra­ci­ət et­di və Al­la­hın ver­di­yi "can bor­cu­nu" tez qay­tar­ma­ğı ar­zu­la­dı.
Or­ta əsrlə­rin ir­fan ba­ğın­dan sü­zü­lüb gə­lən eşq se­li özü ilə bir qüd­si hə­dis gə­tir­di döv­rü­mü­zə: "Mən əşə­qə­ni əşəq­tuh və mən əşəq­tu­hu qə­təl­tuh" (kim mə­nim aşiq­şim ol­du, mən də onun aşi­qi ol­dum və ki­min aşi­qi ol­dum­sa, onu öl­dür­düm).
Ba­ba da öz döv­rün­də bir hə­dəf ol­du bu hə­di­sə, "ney­ni­rəm mən ma­şı­nı, gər­çi mə­ni dərd apa­rır", - de­yən şa­i­ri son mən­zi­lə qə­dər bu dərd mü­şa­yi­ət et­di. Əs­lin­də isə bu, son mən­zil yox, baş­lan­ğıc ol­du. Ru­hu cis­mi­nə əsir olub bu fa­ni dün­ya ilə bə­ra­bər 56 dövr et­di və azad olub əbə­di­lik qa­zan­dı.
Xa­li­qin iz­ni ilə özü bir xa­liq olan şa­ir əsər­lə­rin­də tə­cəl­li et­di, san­ki oxu­cu­la­rın adın­dan de­di:

Şa­i­rin qəl­bi onun ya­şa­dı­ğı şe­i­rin­də olur,
Oxu­duq­ca Ba­ba Pün­ha­nı ya­xın­dan gör­düm.

Ona gö­rə də nə qə­dər bu şe­ir­lər var­sa, o qə­dər də Ba­ba Pün­han var ola­caq. Çün­ki haqq sö­zü bü­tün dövrlər­də nə qə­dər sı­xıl­sa da heç vaxt qə­ləm­lər­dən ay­rıl­ma­mış və hə­mi­şə ağ və­rəq­lə­rin bə­zə­yi­nə çev­ril­miş­dir. Elə Ba­ba­nı da ya­şa­dan bu ümid və bu əmin­lik ol­du.

Pün­ha­nın həc­vi ha­ram əh­li­nə bəs ey­lə­mə­sə,
Çox gü­man mey­da­na Pün­han nə­və­si son­ra çı­xar.

Xal­qın ye­tiş­dir­di­yi sə­nət­kar­lar­dan söz xə­zi­nə­si­ni əma­nət alan Ba­ba Pün­han onu xalq yo­lun­da xərclə­di, nə qə­dər xərclə­di­sə, bir o qə­dər də zən­gin­ləş­dir­di. Sö­zü dil­lər­də əz­bər olub özü qəlblər­də ya­şa­dı. Hər iki dün­ya­da ən bö­yük mü­ka­fa­tı əl­də et­di - Əbə­di­lik mü­ka­fa­tı:

Pün­ha­nın söz­lə­ri ta­ma­mə yet­di,
Ömür fa­ni gə­lib, fa­ni də get­di.
Şa­i­rin sö­zü­nü kim qə­bul et­di,
Bax, o da şa­i­rə mü­ka­fat qa­lır...
  • Yazılıb
  • da (də) 2008 Aug 25