Tarix : 2008 Aug 25
Kod 6784

İSLAM RESPUBLİKASI ARTIQ QƏRBİN TEXNALOGİYASINA EHTİYAC DUYMUR

Mahmud Əhmedinejad: İsrail dünyanı xaosa sürüyür
İran servisi/Aran Agentliyi

İran İslam Respublikasının başçısı Mahmud Əhmedinejad, sonunu gözlədiyini vurğuladığı İsraili, dünyanı xaos sürüməklə günahlandırdı.
Əhmedinejad, 30 illik embarqo və sanksiyalara baxmayaraq İslam inqilabı sayəsində İran xalqının kosmosa ilk addımını atdığını, Amerikanın 30 ildir embarqosuna baxmayaraq İran xalqının nüvə enerjini istifadə edəcək hala gəldiyinə diqqət çəkdi.

Əhmedinejad, ölkəsinə sanksiya və embarqo tətbiq edənlərə belə səsləndi "Bizlərə sanksiya tətbiq etdiniz. Lakin bu gün bu xalqın uşaqları maket peyki ata biləcək raket üçün sizə ehtiyac duymamaqdadır."

Buna əlavə olaraq Əhmedinejad, qısa bir müddət sonra xəbərləşmə sahəsində kosmosa həqiqi peykin atılacağını söylədi. 2005-ci ildən vəzifəyə gəldiyi andan etibarən İsrailə qarşı dayanmaqdan, İsrailin həqiqətini hamıya çatdırmaqdan çəkinməyən Əhmedinejad, Qərbin Siyonizmə qarşı mane olmadığına işarələ "Bəzi ölkələr, yer üzündəki bu fəsad qaynaqlarından ötəri yox olacaqlar" dedi.

  • Yazılıb
  • da (də) 2008 Aug 25