Rusiya Servisi/Aran Agentliyi
Rusiya parlamentinin yuxarı palatası – Federasiya Şurası bu gün keçirilən iclasında Abxaziya və Cənubi Osetiyanın tanınması ilə bağlı prezident Dmitri Medvedevə müraciət ünvanlayıb. “Vesti 24” kanalının verdiyi məlumata görə, müraciət yekdilliklə qəbul olunub.Federasiya Şurasının spikeri Sergey Mironov separatçı ərazilərin müstəqilliyinin tanınmasının abxaz və osetin xalqlarının təhlükəsizliyinin təmin edilməsi üçün yeganə şərt olduğunu vurğulayıb: “Biz Abxaziya və Cənubi Osetiya xalqlarının stabillik, sülh və müstəqillik istəklərini dəstəkləməliyik”.Rusiya Dövlət Duması da bu gün keçiriləcək növbədənkənar iclasında prezident Dmitri Medvedevə Abxaziya və Cənubi Osetiyanı tanımağı təklif edəcək.
Bu barədə Dumanın MDB məsələləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin bildirib. Onun sözlərinə görə, artıq komitənin təsdiq etdiyi mətn Dumanın bəyanat layihəsnə salınıb.Öz növbəsində Dövlət Dumasının beynəlxalq işlər üzrə komitəsinin rəhbəri Konstantin Kosaçev bildirib ki, “Vahid Rusiya” fpaksiyasının rəhbərliyi Abxaziya və Cənubi Osetiyanın tanınması ilə bağlı layihəni dəstəkləyir. Dumanın spikeri Boris Qrızlov da deputatların layihəni dəstəkləyəcəklərinə əmin olduğunu qeyd edib. Onun sözlərinə görə, siyasi fraksiyalar arasında məsləhətləşmələr onların vahid mövqedən çıxış etdiyini göstərir.