Prezident bildirib ki, avqust hadisələrindən sonra Cənubi Osetiya və Abxaziyanın Gürcüstanın tərkibində qalması mümkün deyil
Rusiya servisi/Aran Agentliyi
Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. APA-nın məlumatına görə, Rusiya prezidenti Dmitri Medvedev bununla bağlı müvafiq fərman imzalayıb.
Rusiya telekanalları prezidentin bununla bağlı bəyanatını canlı yayımlayıblar. Prezident bildirib ki, avqust hadisələrindən sonra Cənubi Osetiya və Abxaziyanın Gürcüstanın tərkibində qalması mümkün deyil. Dmitri Medvedev digər ölkələri də Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımağa çağırıb. Qeyd edək ki, dünən Rusiya parlamentinin hər iki palatası Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin tanınması ilə bağlı prezidentə müraciət qəbul etmişdi.