İranlı və qırğızların bir çoxunun həlak olması və yaralanması ilə nəticələnən Qırğızıstanın hava reysində bu təyyarənin qəzaya uğraması bizi qəlbən narahat etdi
İİR servisi/Aran Agentliyi
İİR-nın prezidenti Mahmud Əhmədinejad Qırğızıstanda qəzaya uğramış təyyarə qurbanlarının iranlı və qırğızların ailə üzvlərinə başsağlığı verib. Bu başsağlığı bir müraciətdə qeyd olunub. Müraciətdə deyilir: İranlı və qırğızların bir çoxunun həlak olması və yaralanması ilə nəticələnən Qırğızıstanın hava reysində bu təyyarənin qəzaya uğraması bizi qəlbən narahat etdi. Mən baş vermiş bu faciəli hadisə qurbanlarının ailə üzvlərinə başsağlığı verir və dost Qırğızıstan dövləti və xalqı ilə həmdərdlik edir, iki ölkə rəsmilərindən bu məsələni münasib bir vaxtda araşdırmalarını istəyirəm ki, hadisənin nəticəsini iki ölkə xalqının nəzərinə çatdırsınlar.
Bazar günü bu ölkənin paytaxtı Bişkek şəhərində Minas hava limanı yaxınlığında Qırğızıstanın "Aytek" şirkətinə məxsus "Boinq 737" tipli sərnişin təyyarəsi qəzaya uğradı. İran İslam Respublikasının Bişkekdəki səfirinin canişini Məhəmmədhaşim Qədiriyanın sözlərinə görə, təyyarənin 90 sərnişinindən 54-ü iranlı olmuşdur ki, onlardan 44 nəfəri həlak olub qalanı isə yaralanıb. Qırğızıstanda baş vermiş bu hadisədə həlak olanların kimliyi müəyyənləşdikdən və lazımi sınaqlar keçirildikdən sonra 1-2 günə İrana göndəriləcək.
Qırğızıstanın Tehrandakı səfiri də bazar ertəsi günü axşamçağı bir müsahibədə deyib: Bu hadisədən zərərçəkmiş şəxslərə yardım məqsədi ilə təyyarə mühəndisi və mütəxəssisi, həkim, psixiatr və digər mütəxəssislərdən ibarət 15 nəfərlik bir qrup Bişkekə yollanıb.