Tarix : 2008 Aug 26
Kod 6806

ABŞ İRANLA SƏRHƏDDƏ FÖVQƏL İRİ MİQYASLI HƏRBİ AERODROM TİKİR

İran televiziyası Press TV, Hələpçə şəhərində 700 hektarlık bir sahədə böyük bir aerodrom tikildiyini bildirdi
İİR servisi/Aran Agentliyi
ABŞ, İran sərhədinə yaxın İraq Kürdüstanı bölgəsində yeni bir hərbi hava aerodromu tikməyə başlayıb.

İran televiziyası Press TV-in xəbərinə görə, Kürdüstan bölgə hökuməti, İran sərhədinə yaxın bölgədə, 700 hektarlık sahəni, işğalçı ABŞ-a hərbi aerodrom tikməsi üçün ayırdı, ABŞ da işlərinə dərhal başladı. .

Hərbi aerodrom, İraqın şimalındakı Süleymanıya əyalətində, İran sərhədinə yaxın, 11 kilometr məsafədəki Hələpçə şəhərində tikilir.

İraqlı siyasi analist Məsud Abdulhalik, sərhəd yaxınında bir vətəndaş aerodrom inşaatının bir çox şübhəni özü ilə gətirdiyini ifadə edərək, tikilməkdə olan aerodromun böyüklüyünə diqqət çəkdi.

Press TV-ə danışan Abdulhalik, "Aerodrom çox böyük. Hələpçə isə kiçik bir şəhər. Bu bölgədə, belə bir böyük aerodrom tikməyə ehtiyac yoxdur. Həm də sərhədin yaxınınlığındadır" deyə bildirib.

ABŞ-ın Halepçedə fövqəladə böyüklükdə hərbi bir hava aeredromu tikməsi, 'Türkiyədə problemli Əncirliklə yanaşı, bölgədə bir alternativmi hazırlanır?' sualını gündəmə gətirmiş olur.

Həqiqətən də ABŞ-ın Türkiyədə rahat hərəkət etməsi mümkün deyil. AKP hakimiyyətə gələndən ABŞ-ın Türkiyədəki hərbi planları iflasa uğramağa başlayıb.
  • Yazılıb
  • da (də) 2008 Aug 26