Tarix : 2008 Aug 26
Kod 6808

Ermənistanın Türkiyə ilə əlaqələri tənzimləməyə şərtsiz hazırlığı

Ermənistan prezidentinin sözlərinə görə, hazırkı şəraitdə iki ölkə arasında əlaqələrin tənzimlənməsi üçün münasib vaxtdır
Ermənistan servisi/Aran Agentliyi

Ermənistanın prezidenti Serj Sarksyan ölkəsinin qeyd-şərtsiz Türkiyə ilə diplomatik əlaqələri yaxşılaşdırmağa hazır olmasından xəbər verib. ANS İnformasiya agentliyinin verdiyi məlumata görə, Sarksyan Almaniyanın "Derştandart" qəzetinə müsahibəsində deyib: Türkiyə ilə Ermənistan əlaqələrinə kölgə salmış vəziyyət heç bir kəsin xeyri ilə nəticələnməyəcək. Əksinə əksər dövlətlər və xalqların narahatlığına və nigarançılığına səbəb olacaq.
Onun sözlərinə görə, daimi rəqabətin mənasız hərəkət olmasına əminliyim var və ona görə də, Yerevanla Ankara arasında bu cür bir rəqabətin olmasına ehtiyac görülmür.
Ermənistan prezidentinin sözlərinə görə, hazırkı şəraitdə iki ölkə arasında əlaqələrin tənzimlənməsi üçün münasib vaxtdır.
O Türkiyənin Baş Naziri Rəcəb Tayyip Ərdoğanın "Ankara ilə müzakirə qapıları daim açıqdır" son sözlərini xatırladaraq, deyib: Ümidvarıq ki, Türkiyənin prezidenti Cənab Abdulla Gülün Ermənistana səfəri və Yerevanda iki ölkənin milli futbol komandaları arasında keçiriləcək yarışı izləmək üçün gəldiyi zaman iki ölkə arasında diplomatik əlaqələrin tənzimlənməsinin necəliyinin araşdırılması və müzakirələrin aparılmasına münasib zəmin yaradılacaq.
Qeyd edək ki, Bakıda türkçülərin apardıqları şantajlar o qədər geniş şəkildə olub ki, Azərbaycan Respublikasının əksəriyyəti belə bir qənaətdədir ki, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmayana qədər Türkiyə ilə Ermənistan əlaqələri tənzimlənməyəcək.
Bu elə bir haldadır ki, 2005-ci ilin sonunda Ermənistan ilə Türkiyənin ticarət dövriyyəsinin həcmi 200 milyon dollardan artıq olmuşdur və Türkiyə son bir neçə ildə Ermənistanın ən böyük ticarət şəriklərindən biri olmuşdur.

  • Yazılıb
  • da (də) 2008 Aug 26