Tarix : 2008 Aug 26
Kod 6810

AZƏRBAYCAN AŞ PA DİNLƏMƏLƏRİNDƏ GÜRCÜSTANI DƏSTƏKLƏYƏCƏK

Azərbaycan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Cənubi Osetiya hadisələri ilə bağlı qarşıdan gələn dinləmələrində Gürcüstanın mövqeyini dəstəkləyəcək
Azərbaycan servisi/Aran Agentliyi

"İnterfaks-Azerbaydjan" agentliyinin verdiyi məlumata görə, belə bir bəyanatla Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edib.

S.Seyidov sentyabrın 5-də Parisdə bu məsələ ilə bağlı ciddi müzakirələrin olacağını vurğulayıb: "Gürcüstan və Rusiya nümayəndələri öz mövqelərini AŞ PA Bürosunun nəzərinə çatdıracaqlar. Azərbaycanın bu məsələdə mövqeyi birmənalıdır. Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü tanıyır və bütün münaqişələrin beynəlxalq hüquq normaları əsasında həll edilməsinin tərəfdarıdır".

  • Yazılıb
  • da (də) 2008 Aug 26