Dmitri Medvedyev : Bu ölkə Cənubi Osetiya və Abxaziya məntəqələrinin Gürcüstandan müstəqil olmalarını rəsmən tanıyır
Rusiya servisi/Aran Agentliyi
Rusiya prezidenti C. Osetiya və Abxaziyanın müstəqilliklərini rəsmən tanımağı Moskva ilə Qərb arasındakı problem kimi qiymətləndirməyib.
Dimitri Medvedyev CNN-lə müsahibədə deyib: Cənubi Osetiya və Abxaziyanın müstəqilliklərini rəsmən tanımaq məntəqədə toqquşma və qan axıdılmasının kəskinləşməsinin qarşısını almaq məqsədi ilə olub. Medvedyev Amerikanı praktik olmağa və özünün həqiqi mənafeyini dəstəkləməyə çağıraraq əlavə edib: Rəsmi Moskva öz qərbli şərikləri ilə aparıcı və hərtərəfli əlaqələrin aydıncadır. Rusiyanın prezidenti habelə Cənubi Osetiya və Abxaziyanın hərtərəfli himayəsinə təkid edərək vurğulayıb: Rəsmi Moskva daim bu məntəqələrin təhlükəsizliyinin təmin edilməsinə yardım edəcək.
Rusiya prezidenti həmçinin Avropada və bu ölkənin sərhədləri yaxınlığında raketə qarşı müdafiə sisteminin yerləşdirilməsinə reaksiyada deyib ki, rəsmi Moskvanın bu məsələyə hərbi yolla cavab verəcəyi ehtimalı var və soyuq müharibənin başlanılması bizim rəqiblərimiz və həmçinin beynəlxalq ictimaiyyətin mövqe tutmalarına bağlıdır.
***
Dmitri Medvedyev bildirib: Bu ölkə Cənubi Osetiya və Abxaziya məntəqələrinin Gürcüstandan müstəqil olmalarını rəsmən tanıyır.
İrna xəbər verir: Rusiyanın prezidenti Dmitri Medvedyev çərşənbə axşamı Soçi limanında bu ölkənin Təhlükəsizlik Şurasının keçirdiyi iclasdan sonrakı çıxışında başqa dövlətləri də bu iki separatçı rejimi rəsmən tanımağa dəvət edib.
Ötən gün Rusiya Federasiyası və duması Cənubi Osetiya və Abxaziya rəhbərlərinin onların Gürcüstandan müstəqilliyini nümayəndələrin səs çoxluğu ilə təsdiq etmişdi.