Sumqayıt yəhudiləri Kobar Dini İcması Az. R-sında rəsmi qeydiyyatdan keçən 32-ci qeyr-islami dini firqədir
Azərbaycan servisi/Aran Agentliyi
Sumqayıt yəhudiləri Kobar Dini İcması adlandıran digər bir yəhudi qurum Sumqayıtda rəsmən qeydiyyatdan keçib. APA-nın Az. R-sı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadla verdiyi məlumata görə, son vaxtlar Sumqayıt yəhudiləri Kobar Dini icması adlı bir qurum mövcudluğunu elan edib və bu komitə sözü gedən icmaının qeydiyyatdan keçirilməsinə dair tələb ilə razılaşıb. Bu məlumata görə, Sumqayıt yəhudiləri Kobar Dini İcması Az. R-sında rəsmi qeydiyyatdan keçən 32-ci qeyr-islami dini firqədir. Ümumiyyətlə Az.R-sının müstəqillik əldə etməsindən bu günədək bu ölkədə cəmi 512 dini qurum qeydiyyatdan keçmişdir ki, onların arasında 480 qurum islami meyllərə malikdir. Rəsmi Bakının tabeliyində olan medialar və Az.R-sı rəsmilərinin bu ölkədə yüzlərlə islami qurumun qeydiyyatdan keçməsinə dair israrlarına rəğmən fakt isə bundan ibarətdir ki, qeydiyyatdan keçən qurumlar islamda rədd olunmuş firqələr, atəşpərəstlər, missioner firqələr, yəhudi və vəhabi qruplardır. Onlar müxtəlif fəaliyyətlər göstərir və indidən gələcək üçün proqramlaşdırmalar aparırlar. Az. R-sında şiə dini qurumlarına isə heç cür fəaliyyət və açıq təbliğat icazəsi yoxdur. Az. R-sı 8,6 milyon nəfər əhaliyə malikdir ki, onların əksəriyyəti Cəfəri şiəsidir.