İranlı gənc təhqiqatçı süni qaraciyər düzəldib və onu insan bədənindən kənarda işlətməyə müvəffəq olub
İİR servisi/Aran Agentliyi
İslam-Azerinin Fars xəbər agentliyinə istinadlı verdiyi xəbərdə deyilir ki, İranlı gənc təhqiqatçı süni qaraciyər düzəldib və onu insan bədənindən kənarda işlətməyə müvəffəq olub.
İranlı gənc Kamran Baqir Lənkərani bunu qoyun üzərində təcrübə edib indi onlar bunu insan bədəni üzərində təcrübə etməyə hazırlaşırlar.
Bu təcrübə təqribən 18- ay çəkəcək. Kamran Baqir Lənkərani deyib ki, biz bu süni qaraciyər vasitəsilə hepatit virusuna yoluxmuş xəstələri müalicə edə biləcəyik.