Azərbaycan servisi/Aran Agentliyi
- Səhhətiniz necədir?
- Yaxşılaşıram. Artıq ayağımdan tikişləri sökdülər. Səhhətim də normallaşır.
- İbadət etdiyiniz məscidin nə vaxt açılacağını gözləyirsiniz?
- Hələ bimirəm. Qarşıdan Ramazan ayı gəlir. İstərdik ki, o vaxtadək açılsın.
- İstintaqa ifadə vermisiniz?
- Bəli. Partlayışdan 2-3 gün sonra ifadə aldılar.
- İstintaqın gedişi Sizi qane edirmi? Bəzi mətbuat orqanları istinaq zamanı dini icmanın üzvlərinin saqqalarını qırxdıqlarını yazır.
- Bəli, dini icma üzvlərinin saqqallarının qırxılması halları olub. Dünən iyirmidən çox icma üzvünün saqqaları qırxılıb. Bir nəfərin isə hətta başını da qırxıblar. Bir çox polis bölmələrində dindirmə normal keçir. Ancaq Səbail rayon Polis idarəsinin 8-ci və 9-cu polis bölmələrində dindarlar təhqir olunub, saqqalları qırxılıb. Onların bir çoxu Qarabağ müharibəsinin veteranlarıdır. Bu, yaxşı hal deyil. Cinayətkarları tapmaq lazımdır.
- Məsciddə partlayış törətməkdə kimlərdən şübhələnirsiniz?
- Dəqiq heç nə deyə bilmərəm. Hansısa radikal qüvvələrdir.
- Radikal qüvvə deyəndə kimləri nəzərdə tutursunuz?
- Yaxşısı budur ki, onları tutsunlar. Mən bu barədə istintaqa demişəm.
- Partlayışdan əvvəl müsahibələrinizdə Sizə müxalif qüvvələrin olduğunu demişdiniz. Bunlar kimlərdir?
- Bəli, bəzi radikal qüvvələr var. Onlar cürbəcür ölkələrlə bağlı olan cərəyanlardır.
- Bəs müxalif cərəyanlar hansı ölkələrlə bağlıdır?
- Bu barədə danışmaq istəmirəm.
- Mediada Sizin başçılıq etdiyiniz dini icmanın qeydiyyatının ləğv ediləcəyini yazırlar. Bu həqiqətdir?
- Bizim dini icmanın rəsmi qeydiyyatı var. İcmamız "Ülvi Bünyadzadə küçəsində yerləşən dini icma" adı ilə qeydiyyatdan keçib. Qeydiyyatın ləğv ediləcəyi ilə bağlı isə bizə heç nə deyilməyib.