Sionist rejim Qərb ölkələrinin bazası kimi daim məntəqədə ixtilaf, toqquşma və cinayət törətmək ardıncadır
İİR servisi/Aran Agentliyi
Əhmədinejad Qudumi ilə görüşdə deyib: Sionist Rejim daim göstərib ki, silahdan başqa bir dillə tanış deyil. İİR-nin prezidenti Mahmud Əhmədinejad Fələstin Azadlıq Təşkilatının siyasi ofisinin sədri Faruq Qudumi ilə görüşdə əlavə edib: Sionist rejim Qərb ölkələrinin bazası kimi daim məntəqədə ixtilaf, toqquşma və cinayət törətmək ardıncadır. Əhmədinejad pozğun cinayət və işğalçı Sionist rejimin və onu himayəçilərinin dağılmaq ərəfəsində olduğunu bildirərək, fələstinli qrupların bu rejimə qarşı müqavimət göstərmələrini yeganə mübarizə yolu olduğunu vurğulayıb və deyib: Bütün fələstinli qruplar birlik və yekdillik üçün səy göstərməlidirlər ki, bu ölkədə müqavimət canlı və nəzərə çarpan olsun. Faruq Qudumi də Fələstinin yeganə azadlıq yolunu bu ölkədə müqavimətin davam etdirilməsi olduğunu bildirərək deyib: Qərb ölkələri özlərinin regional münaqişələrini həll etmək ardınca deyillər və daha çox Sionist rejimin mənafeyi istiqamətində addımlayırlar. Fələstin Azadlıq Təşkilatının siyasi ofisinin sədri məntəqədə sülh və sabitliyin bərqərarı üzrə yardım üçün İİR-nin humanitar himayələrinə görə təşəkkür edərək əlavə edib: İranın İslam İnqilabının zəfər çalması Fələstində İslami Müqavimət hərəkatına ümid verdi və biz bunu özümüzə ülgü götürərək, tam şəkildə zəfər çalacağımıza qədər davam etdirəcəyik.