Avqustun 17-də Bakıdakı "Əbu Bəkr" məscidində baş vermiş partlayışla əlaqədar əməliyyat-axtarış tədbirləri davam etdirilir
Azərbaycan servisi/Aran Agentliyi
"Şahidlərin dindirilməsi başa çatmaq üzrədir.
Məsələnin tam araşdırılması üçün əməkdaşlarımız gecə-gündüz işləyirlər. Bir müddət əvvəl şübhəli şəxs qismində saxlanılan 1984-cü il təvəllüdlü Emin Aydın oğlu Rəsulovun isə ittihamı başqa maddə ilə olduğundan onun partlayışla əlaqəli olduğunu demək düzgün olmaz. Həmin şəxs Cinayət Məcəlləsinin 283.1-ci (dini düşmənçilik salma) maddəsi ilə ittiham olunur". Bunları Lent.az-açıqlamasında Bakı Şəhər Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Ramiz Rzayev bildirib. Onun sözlərinə görə, partlayışla bağlı hələlik saxlanılan yoxdur.
Qeyd edək ki, avqustun 17-də məsciddə baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 19 nəfər isə yaralanıb.