Tarix : 2008 Aug 27
Kod 6832

ABŞ VƏ RUSİYA ARASINDAKI GƏRGİNLİK DURMADAN ARTIR

ABŞ Qara Dənizdəki hərbi gəmilərinini sayını 18-ə artırır
Azərbaycan servisi/Aran Agentliyi
Rusiya Hərbi Nazirliyinin nazir köməkçisi General Anatoli Noqovitsi Qara dənizdə olan səkkiz NATO gəmisinə qarşıda gələn günlərdə 10 yeni hərbi gəmilərinin əlavə ediləcəyini qeyd etdi.

Beləcə Qara Dənizdəki NATO flotu 18 hərbi gəmiyə qədər artırılır. Üstəlik son 10 gəmi ABŞ-ın daha əvvəldən hiyləgərcə şərhlər edərək Gürcüstana hümanitar yardım adı və yüküylə gəlmir.

Gürcüstan marketlərində kifayət qədər körpə bezi var. Qaradənizə daxil olmaları gözlənilən yeni gəmilərin hamısı döyüş vəziyyətinə uyğun təchizatla təchiz edilmiş vəziyyətdə" dedi.
MEDVEDEV: "ABŞ-IN RAKETDƏN MÜDAFİƏ SİSTEMİNƏ HƏRBİ CAVAB VERƏ BİLƏRİK"


Rusiya Dövlət Başçısı Dimitriy Medvedyev, "ABŞ-ın Çex Respublikası və Polşada qurmağa hazırlaşdığı raketdən müdafiə sisteminə əsgəri cavab verə biləcəklərini" bildirdi.

Rus RİA-Novosti agenliyinin yazdığına görə, Medvedev, "ABŞ-ın Avropanın ortasında Rus sərhədinə yaxın yerdə raketdən müdafiə sistemi qurmasına qarşı əlbəttə lazımlı hərbi cavabı verə bilərik. Bu sistem, əlavə gərginliklər yaradacaq" dedi.
  • Yazılıb
  • da (də) 2008 Aug 27