Tarix : 2008 Aug 28
Kod 6848

RUSİYA ABŞ-I DƏLİ EDƏCƏK

Rusiya, Çin, İran, Hindistan kimi nəhənglərin də qatıldığı Şanxay Əməkdaşlıq Təşkilatı sabah ilk yığıncağını keçirəcək
Rusiya servisi/Aran Agentliyi
NATO, Rusiyaya rest çəkdi. Ardından Rusiya da möhtəşəm bir hücum etdi. Şanxay Əməkdaşlıq Təşkilatı, sabah Tacikistanda toplanır.
Ağır topların Rusiya, Çin, İran və Hindistanın olduğu bu yığıncağı Qərb dünyası narahatlıq içində gözləyir. ABŞ-a qarşı blok meydana gətirmə zirvəsinin memarı olaraq isə yenə Rusiya Baş Naziri Pütünün adı keçir.

Qaradənizdə sular yaxşıca istiləndi. NATO, Rusiyanın Cənub Osetya və Abxaziyanı tanıma qərarını geri götürməsini istədi. Qafqazda son 20 ilin ən böyük gərginliyi yaşanarkən, Rusiya-ABŞ qarşıdurmasında ABŞ, yanına NATO və AB ölkələrini aldığına qarşı, Rusiya müdhiş bir hücum daha etdi. Rusiya, diqqət çəkməyəcək bir yerdə, dünyanın digər güclərini yığdı.

Köhnə Sovet ölkəsi Tacikistanın paytaxtı Düşanbədə sabah başlayacaq olan zirvə, Qərb dünyasını narahat etdi. Qərb dünyasından bu mövzuda hələlik səssiz bir gözləyiş var. Ancaq diplomatiya çərçivədə Vaşinqtonda da, Brüseldə də gözlər Duşanbeyə çevrildi. Çünki bu zirvəyə, Rusiya liderlik edir və Çin, İran və Hindistan kimi nəhənglər də qatılır.
Zirvəyə ev sahibliyi edən Tacikistan sərhədlərini bağladı

 

 
ABŞ-a qarşı soyuq gücləri bir yerə gətirən zirvə

 

 
Vaşinqtonda narahatlıq artdı

 

 



Çin Dövlət Başçısı Hu Jintao da bu gündən Tacikistana getdi və Tacikistan Respublika başçısı İmamali Rahmanov ilə bir görüşmə etdi.

Zirvədə hansı mövzuların ortalığda olacağı mövzusunda bir şərh edilmədi ancaq hər kəs Qafqazda gedən hadisələrin hərtərəfli müzakirə ediləcəyini və Rusiyanın bu mövzuda möhkəm dəstək ala biləcəyini indidən təxmin edir. Ən çox da Vaşinqton, Rusiyanın ala biləcəyi dəstəkdən narahatlıq keçirir.



Çin, Əfqanıstan, Qırğızıstan və Özbəkistan ilə sərhədləri olan Tacikistanın paytaxtı Düşənbədə 28 Avqustda ediləcək ŞƏT ölkələri sammitinə, təşkilata üzv Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan, təşkilatın müşahidəçi üzvləri Monqolıstan, Pakistan, Hindistan və İranın yanında Türkmənistan və Əfqanıstan dövlət başçılarının da qonaq olaraq qatılması gözlənilir.

İran İslam Respulikası və Çin Dövlət Başçısı bu gündən getdi artıq Düşənbədədir
Şanxay Əməkdaşlıq Təşkilatı: Qazaxıstan, Rusiya, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistan

İran İslam Respublikasının başçısı Mahmud Əhmedinejad, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) zirvəsinə qatılmaq üçün bu gündən Tacikistana getdi. Əhmedinejada, köməkçisi İsfenidyar Rəhm Meşai və Xarici işlər Naziri Menuçehr Muttekinin də aralarında olduğu heyət müşayət edir.

Mahmud Əhmedinejad, paytaxt Düşənbədə Avqustun 28-29-da ediləcək zirvədə iştirakçı ölkələrin liderləriylə ikili görüşmələr edəcək. Zirvəyə müşahidəçi sifətiylə qatılan İranın, ŞƏT-ə üzvlük mövzusunun da gündəmə gətirələcəyi gözlənilir. Ev sahibi Tacikistanın Xarici işlər Naziri Hamrahan Zərifi, "İranın, üzvlüyü təşkilatı gücləndirəcək" ifadəsini istifadə etmişdi.



Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Düşənbədə təşkil ediləcək zirvə toplantısında ev sahibliyi edəcək Tacikistanın sərhədlərini bağladığı bildirildi. Sərhəd Birlikləri Baş komandiri Şerali Mirzo, Tacikistanın qonşu ölkələrlə sərhədlərinin, ŞƏT Zirvəsi ilə əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində bağlanıldığını söylədi.

Mirzo, sərhədlərin bağlanılmasının yanında ölkənin Əfqanıstan ilə olan sərhədində sıx təhlükəsizlik tədbirlərinin alındığını ifadə edərək, zirvədən əvvəl və zirvə əsnasında da bütün ölkədə sıx təhlükəsizlik tədbirlərinin alınacağını bildirdi.
  • Yazılıb
  • da (də) 2008 Aug 28