ATƏT-in Minsk qrupuna üzv dövlətlərin bu məsələyə reaksiyalarını xüsusi olaraq diqqət mərkəzində saxlayıblar
Azərbaycan servisi/Aran Agentliyi
Rusiya Dövlət Dumasının Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini rəsmən tanımaq üzrə hərəkəti qərbin hədələyici reaksiyalarına səbəb olub. Rusiyanın bu hərəkəti haqda beynəlxalq dairələrin Qafqaz böhranının şiddətlənməsindən olan nigarançılıqları ilə yanaşı reaksiyalar müşahidə olunub. Amma Az.R məsələləri üzrə analitiklər, ATƏT-in Minsk qrupuna üzv dövlətlərin bu məsələyə reaksiyalarını xüsusi olaraq diqqət mərkəzində saxlayıblar. Ölkəsi Rusiya ilə birgə 15 ildən çox Minsk qrupu çərçivəsində sözdə Qarabağ münaqişəsinin həll edilməsi ilə məşğul olan Amerika prezidenti Rusiyanı özünün son qərarını yenidən nəzərdən keçirməyə çağırıb. Kiçik Buş Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini rəsmən tanıması üzrə hərəkətini Qafqazda böhranın şiddətlənməsi üçün səbəb kimi qiymətləndirib. Ölkəsi Minsk qrupunun başqa həmsədri olan Fransanın xarici işlər naziri də deyib: Rusiya özünün son hərəkəti ilə Qafqaz məntəqəsindəki sabitliyi pozubdur və bu mövzu Avropa Birliyi tərəfindən Rusiyaya qarşı daha artıq təzyiqlər və məhdudiyyətlərin həyata keçirilməsinə səbəb olacaq. Belə bir halda Ermənistan R. rəsmilərinin rəsmən tanınması layihəsinin son mərhələ təsdiqindən öncəki mövqeləri göstərdi ki, Ermənistan da Qarabağın müstəqilliyini rəsmən tanımaq üçün bir fürsət ardıcadır. Elə bu haqda Ermənistan parlamentinin bir üzvü belə demişdi: Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini rəsmən tanıdığı təqdirdə rəsmi İrəvanın dağlıq Qarabağın müstəqilliyi və hakimiyyət haqqını rəsmən tanımaqdan çəkinməsi üzrə heç bir dəlil qalmayacaq. Ermənistan parlamentində Miras pratiyasının üzvü İstefan Səfəriyan Rusiyanın Reqnom Xəbər Agentliyi ilə müsahibədə vurğulamışdı ki, Ermənistan Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin Rusiya federasiyası tərəfindən tanınmasını səbirsizliklə gözləyir . Belə bir halda bəzi təhlilçilər belə inanırlar ki, Minsk qrupu həmsədrləri arasında dərin ixtilafların mövcud olmasına rəğmən onlar Qarabağ münaqişəsi xüsusunda heç biri Qarabağın Az.R-na aid olması mövzusu ilə razı deyillər.