Hacı Namiq Babaxan: Bütün dünyanın başı Gürcüstan və Rusiya arasındakı konfiliktə qarışdığı bir vaxtda ABŞ Əfqanıstanda 60 körpəni öz bombalarına qurban etdi
Azərbaycan servisi/Aran Agentliyi
Xəbər verdiyimiz kimi ABŞ təyyarələrinin Əfqanıstanın Herat vilayətini bombalaması nəticəsində 90 mülki şəxs ölüb.
Onlardan 60 nəfəri uşaqdır. BMT i bombardmanlarda çoxlu sayda uşağın ölməsinə dair təkzibedilməz faktlara malikdir.
“Azərbaycan Birlik Təşkilatı ABŞ-ın Əfqanıstanda həyata keçirtdiyi bu son qətliamı pisləyir və dünya birliyindən bu cinayəti, bu soyqrımı tanımasını istəyir”. Bu sözləri bizimlə söhbətində ABT rəhbəri Hacı Namiq Babaxan bildirdi.
Hərbi əməliyyatlar adı ilə 60 uşağın qətlə yetirilməsini böyük cinayət faktı kimi dəyərləndirən Hacı Namiq Babaxan belə cinayətlərin davamlı olduğunu və bundan öncə də belə vəhşiliklərin edildiyini bildirdi.