Bakının Nərimanov rayonu ərazisində yerləşən “Əbu Bəkr” məscidində baş verən partlayışı törətməkdə şübhəli bilinən iki nəfərin foto-robotu yayılıb
Azərbaycan servisi/Aran Agentliyi
APA-nın məlumatına görə, şahidlərin ifadələrin əsasında hazırlanmış foto robotda bir kişi və bir qadın təsvir edilib.
Şübhəli şəxs sayılan kişinin boyu təxminən 170-175 sm, yaşı 20-25, saçlarının rəngi tünd qəhvəyi, gözlərinin rəngi tünd qəhvəyi, arıq bədənli, əynində qara rəngli şalvar və qara rəngli köynək olub.
Qadının isə təxminən 25-30 yaşlarında olduğu təxmin edilir.
Qeyd edək ki, avqustun 17-də baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 21 nəfər isə yaralanıb.