İslamı quruluşun düşmənləri son 30 ildə daim çalışıblar ki, İslam İnqilabı əsaslarını sual altına aparsınlar və bəzi problemlərin səbəbini də qeyd edilən əsas və prinsiplərə təkiddə bilsinlər
İİR servisi/Aran Agentliyi
İslam İnqilabının Böyük Rəhbəri həqiqi mənada ədalətsevərlik, istiqlaliyyət və azadlığı islam İnqilabının əsas prinsipləri adlandırıblar. İslam İnqilabının Böyük Rəhbəri həqiqi mənada ədalətsevərlik, istiqlaliyyət və azadlığı islam İnqilabının əsas prinsipləri adlandırıblar.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah əl-üzma Xamenei bu gün Tehranda İranın rəhbərlik üzrə Xobreqan Məclisinin sədri və üzvlərinin o Həzrətlə görüşündə İslam inqilabının əsas prinsiplərinin şərhində vurğulayıblar: Tam həqiqi mənada olan ədalətsevərlik, istiqlaliyyət və azadlıq, hegemonçuluqla və düşmən müqabilində aciz olmağı, heç bir vəchlə dəyişilməyən islam inqilabının əsasları sırasında bildiriblər.
Həzrət Ayət. Xamenei qeyd edilən əsasların etibar və əsilliyinin səbəbini onların Quranın mətnindən və islam məntiqindən alınmasında bilərək əlavə ediblər: İslamı quruluşun düşmənləri son 30 ildə daim çalışıblar ki, İslam İnqilabı əsaslarını sual altına aparsınlar və bəzi problemlərin səbəbini də qeyd edilən əsas və prinsiplərə təkiddə bilsinlər.
İslam İnqilabının Böyük Rəhbəri əcnəbi mediaların İran dövlətinə qarşı davamlı təbliğatlarına işarə edərək xatırladıblar: Əcnəbilərin qeyd edilən propaqanda siyasəti elə İslam İnqilabının əvvəlindən bütün hökumətlər haqda olub və hər bir hökumətdə onun fəaliyyətlərinin qeyd edilən prinsiplərə əsasən və hegemonçuların istəkləri ilə zidd olmasını hiss etdikləri zaman həmin hökumətin işlərinin təbliğat hücumuna məruz qoyurdular.
Həzrət Ayətullah əl-üzma Xamenei hegemonçuluqla mübarizə və düşmən qarşısında mübarizədən vaz keçməmək prinsipinə işarə edərək əlavə ediblər: Hegemonçu düşmən qarşısında mübarizədən vaz keçilməməlidir, İİR. quruluşu güc və möhkəmlikdə o həddə çatmalıdır ki, düşmənlər hiss etsinlər ki, onların əlindən heç bir iş gəlmir. İslam İnqilabının Böyük Rəhbəri heç bir vəchlə İslam İnqilabının prinsipləri və keçmişinin tənqid edilməməsinə təkid edərək xatırladıblar: Bəziləri çalışırlar ki, İnqilabın birinci onilliyi və İmam Xomeyni (rə)-ın mövqelərini tənqid etsinlər, halbuki, birinci onillikdə İmam Xomeyni (rə)-ın və quruluşun istiqaməti tam doğru idi və İİR. quruluşunun hazırkı istiqaməti də elə İslam İnqilabının birinci onilliyinin istiqamətidir.
Hz. Ayət. Xamenei son illər ərzində İranda ciddi elmi hərəkətin həyata keçirilməsinə işarə edərək xatırladıblar: Hazırda hər hansı mürəkkəb texnoloji iş mövcud deyildir ki, İran gəncləri onu həyata keçirə bilməsinlər və bu elmi qabiliyyət İranın güclülüyünün əsas amillərindən biridir.
İslam İnqilabının Böyük Rəhbəri İranın rəhbərlik üzrə Xobreqan Məclisinin çox mühüm bir yerə malik olmasını İran xalqı və islamı quruluşun əminlik səbəbi kimi bildiriblər.
Həzrət Ayətullah əl-üzma Xamenei əlavə ediblər: Rəhbəri təyin etmək və rəhbərlik şəraitini daim nəzarətdə saxlamaqdan ibarət olan qeyd edilən məclisin vəzifələri, bu məclisin yüksək yeri üzrə dəlillərdən biridir və buna əsasən İranın Xobreqan Məclisi İslam quruluşunda özünəməxsus mövqe və prinsipiallıq göstərən orqandır.