Azərbaycan servisi/Aran Agentliyi
Ayətullah Seyyid Əli Xamneinin ofisinin rəsmi saytı bu gün elan edib ki, avqustun 31-i bazar günü mübarək ramazan ayının əvvəli olması qeyri-mümkündür və sentyabrın 1-i bazar ertəsi isə mübarək ramazan ayının biri hesab olunmur.
Ayətullah Seyyid Əli Xamneinin ofisinin yaydığı məlumatda deyilir ki, böyük ehtimalla sentyabr ayının 2-si mübarək ramazan ayının 1-i ola bilər.
Mömin bacı və qardaşların nəzərinə çatdıraq ki, sentyabr ayının biri gecəsi niyyət axşamıdır.
Diqqətinizə çatdıraq ki, sentyabr ayının 1-i keçmişdə qəza orucu olan şəxs qəza orucu niyyəti ilə oruc tutacaq! Qəzası olmayan isə müstəhəb oruc niyyəti edəcək.
Əgər sentyabr ayının 1-i Şəban ayının 30-u olarsa qəza niyyəti edənlər qəza orucu, müstəhəb niyyəti ilə tutulan oruclar isə müstəhəb oruc sayılar.
Lakin Sentyabr ayının 1-i mübarək Ramazan ayı olarsa həm qəza və həmdə müstəhəb niyyəti ilə tutulan oruclar Ramazan ayının orucu sayılar.
Allah orucunuzu qəbul etsin! Amin!