Tarix : 2008 Aug 29
Kod 6878

MAHMUD ƏHMƏDİNEJAD NATO-NU GÜNAHSIZ VƏTƏNDAŞLARI ÖLDÜRMƏKDƏ TƏQSİRKAR BİLDİ

Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşlərində Rusiya birmənalı olaraq qrumun bütün üzvlərinin dəstəyini aldı
Rusiya servisi/Aran Agentliyi
Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlər, Düşənbedə təşkil edilən zirvə görüşlərində Rusiyanın Cənubi Osetiya və Abxazyadakı sülhüı və sabitliyi qoruma adına reallaşdırdığı əməliyyatları dəstəklədilər.

Rusiya Dövlət Başçısı Dimitriy Medvedev, ŞƏT-ə üzv dövlətlərin Rusiyanın Gürcüstan qarşısındakı mövqeyini dəstəkləməsinə məmnuniyyəti ifadə etdi. ŞƏT-in Tacikistanının paytaxtı Düşənbədə reallaşdırılan zirvə sonrasında Rusiya Dövlət Başçısı Dimitriy Medvedev, İran İslam Respublikası başçısı Mahmud Ahmedinejad ilə bir araya gəldi.

Hər iki lider görüşmə əsnasında İranın nüvə proqramını və qərbli ölkələrin İran üzərində tətbiq etmək istədiyi sanksiyaları, Rusiya-Gürcüstan krizisi sonrasındakı inkişafları danışdılar.

Əhmedinejad, Qafqazdakı son krizislərin həll etmə mərhələsində ABŞ və AB-in müvəffəqiyyətsiz olmasından sonra ortaya çıxan boşluğun Şanxaya üzv dövlətlər tərəfindən doldurulmasını, regional və beynəlxalq arenadakı rolunun artırmasını istədi. Əhmedinejad, dünyanın qarşı-qarşıya qaldığı xaos və sui-qəsdlərdə qərbli ölkələrin məsul olduğunu söylədi.

Əhmedinejad, Avqustun 22-də ABŞ döyüş təyyarələrinin borbardmanı sonrasında həyatını itirən 100-ə yaxın günahsız insana işarələ NATO-nun Əfqanıstandakı əsgəri hərəkətlərini tənqid etdi, NATO-nun Əfqanıstandakı təhlükəsizlik və mustəqilliklərinin artırılmasının əksinə günahsız insanları öldürdüyünü yazdı.

Qeyd edək ki, ŞƏT-in Düşənbədəki zirvəsində Rusiya-Gürcüstan arasındakı münaqişəyə də yer verildi. Medvedev, Gürcüstandakı vəziyyət ilə əlaqədar Çinin Rusiyanı dəstəkləməsini əhəmiyyətli olduğunu bildirdi. Şanxay zirvəsinə, təşkilata üzv Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan ilə təşkilatın müşahidəçi üzvü olan Monqolıltan, Pakistan, Hindistan və İranın yanında, Türkmənistan və Əfqanıstan dövlət başçıları və üst səviyyə idarəçiləri də qatıldı.
  • Yazılıb
  • da (də) 2008 Aug 29