Maariv qəzetinin Ben Kaspit adlı jurnalistinin araşdırmasına görə İsrail höküməti rəsmiləri müzakirələr apardıqdan sonra İrana hərbi zərbə haqqında razılıq əldə ediblər
İİR servisi/Aran Agentliyi
İsrail höküməti İrana zərbə haqqında qərar qəbul edib.
İslam-Azeri-nin İsrail KİV-lərinə istinadlı xəbərinə görə bu gün İsrailin Maariv qəzeti İsrail hökümətinin İrana zərbə haqqında qərar qəbul etdiyini yazıb.
Maariv qəzetinin Ben Kaspit adlı jurnalistinin araşdırmasına görə İsrail höküməti rəsmiləri müzakirələr apardıqdan sonra İrana hərbi zərbə haqqında razılıq əldə ediblər.
Qəzetin yazdığına görə İsrailin müdafiə nazirinin birinci müavini Efraim Sne bir müddət əvvəl ABŞ-yə məktub yazaraq İranın nüvə məsələsi ilə razılaşmamağa çağırıb.
"Əks təqdirdə İsrail höküməti hərbi zərbələrə özü başlamalı olacaq"-deyən İsrailli nazir sionist rejimin təhlükəsizliyi üçün bu addımı atacaqlarını məktubda bildirib.
Diqqətinizə çatdıraq ki, dünən İran İnqilabının Mühafizə Korpusunun komandanı Cəfəri İsrailin və ya digər hər hansı bir ölkənin İrana kiçik hərbi müdaxiləsi nəticəsində sionist rejimin sərt şəkildə cəzalanandırılacağını bildiribmişdi.