Məntəqədən kənar qüdrətlərin bu hadisələrdəki müdaxiləsi sülh və müraciət vericisi deyil və bu hadisələrdə günahsız xalqın həlak olunmasına görə təəssüfləndiyimizi bildiririk
İİR servisi/Aran Agentliyi
İİR-nin Müdafiə Naziri deyib: Biz qonşu ölkələri daim öz yanımızda görürük. İRNA-nın verdiyi məlumata əsasən İİR-nın Müdafiə Naziri General Leytenant Müstafa Məhəmməd Nəccar İranın şimal qərbində yerləşən Urumiyə şəhərində əlavə edib: Biz nəinki siyasi hövzədə qonşu islami ölkələrlə əlaqələr yaratmaq və genişləndirməyi prioritet qərar vermişik, həm də müdafiə hövzəsində qonşularımızla aparıcı təsirə malik təhlükəsizlik və stabillik yaradan əlaqələrin bərqərar edilməsini istəyirik.
"İran İraqın ərazi bütövlüyünün qorunmasını istəyir" -deyən Məhəmməd Nəccar əlavə edib: Rəsmi Tehran daim İraqın seçilmiş dövlətini himayə edibdir.
İranın Müdafiə Naziri Qafqaz məntəqəsindəki son hadisələr barədə nigarançılıq bildirərək deyib: Məntəqədən kənar qüdrətlərin bu hadisələrdəki müdaxiləsi sülh və müraciət vericisi deyil və bu hadisələrdə günahsız xalqın həlak olunmasına görə təəssüfləndiyimizi bildiririk.
General-leytenant Məhəmməd Nəccar İİR-nin inkişafları və elmi və texnoloji nailiyətlərinin Amerikanın nigarançılıq amili bilərək, deyib: İran xalqı hədə və sanksiyadan qorxmur və qətiyyətli şəkildə özünün qanuni və haqlı hüququnu müdafiə edəcəkdir.
İİR-nin Müdafiə Naziri İranın müdafiə hövzəsindəki nailiyyətləri gözə çarpan dərəcədə olduğunu qiymətləndirib və deyib: Hazırda İranın yeni hərbi və müdafiə təchizatları düşmənlərin ehtimal olunan hədələrinə cavab vermək məqsədi ilə istehsal edilir və İranın hər cür təcavüzə cavabı hədələr və günün vəziyyəti ilə uyğun olacaqdır.