Verilən məlumata görə, avqustun 12-si Şimal prospektində saat 19.00-dan 22.00-a kimi “Siyasi gəzintilər” həyata keçiriləcək
Ermənistan servisi/Aran Agentliyi
Erməni Milli Konqresinin mitinqi Ermənistan- Türkiyə futbol matçına görə, sentyabrın 5-dən 1 həftəlik təxirə salınıb. Bu barədə konqresin nümayəndəsi Levon Zurabyan məlumat verib. Məlumatı "Novosti Armeniya" agentliyi yayıb. Qeyd edək ki, Türkiyə-Ermənistan matçı sentyabrın 6-na nəzərdə tutulub.
“Matçla və Ermənistana 20-25 min türk azarkeşinin gəlişi ilə bağlı Ermənistan hökuməti yalnız fövqəladə hallar vəziyyətində qəbul edilə biləcək məhdudlaşdırıcı tədbirlər görüb. Amma biz ictimai asayişin qorunması üçün əlavə tədbirlərin görülməsinin vacib olduğunu başa düşürük”, deyə Zurabyan bildirib.
Onun sözlərinə görə, konqres Ermənistana türk azarkeşlərinin gəlişi ilə bağlı olaraq yaranacaq bütün obyektiv təhlükələri başa düşərək erməni dövlətçiliyinin ziyanına siyasi dividentlər qazanmaq istəmir.
Konqres erməni –türk əlaqələrinin bərpasının tərəfdarı kimi və ölkənin beynəlxalq imicinə zərər vurmamaqdan ötrü avqustun 31-dən Şimal prospektindəki oturaq aksiyanı da dayandırmaq fikrindədir.
Verilən məlumata görə, avqustun 12-si Şimal prospektində saat 19.00-dan 22.00-a kimi “Siyasi gəzintilər” həyata keçiriləcək.
Qeyd edək ki, erməni müxalifəti iyulun 4-dən başlayaraq fevralda keçirilən prezident seçkisinə etiraz olaraq müddətsiz oturaq aksiya elan etmişdi.
Ermənistanla Türkiyə sərhədi 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır.