Məntəqə ölkələri bu hadisədən sonra bilməlidirlər ki, məntəqədən kənar ölkələri dəvət etmək onlari böhran yaratmağa qarışdırmaqdır və qətiyyətlə demək olar ki, problem həll edilməyəcək
Gürcüstan servisi/Aran Agentliyi
Müttəki deyib: Gürcüstan dəyişiklikləri məntəqə ölkələri üçün xəbərdarlıq və təhlükəsizlik siqnalı olmalıdır. İİR-nın Xarici İşlər Naziri Mənuçehr Müttəki İranın şimal qərbində yerləşən Təbriz şəhərində müxbirimizlə müsahibədə əlavə edib: Məntəqə ölkələri bu hadisədən sonra bilməlidirlər ki, məntəqədən kənar ölkələri dəvət etmək onlari böhran yaratmağa qarışdırmaqdır və qətiyyətlə demək olar ki, problem həll edilməyəcək.
Müttəki deyib: Gürcüstanda baş verən hadisə səhv hesablamalara reaksiyalar barədə yanlış təsvirlər və bu ölkə dövlətinin zor və hərbi gücdən istifadəsinə əsasən baş verdi və normaldır ki, hər bir hərəkətə qarşıda xüsusi reaksiya olmalıdır.
İİR-nın Xarici İşlər Naziri əlavə edib: Bu mövzunun incə nöqtəsi məntəqədən kənar qüdrətlərin xüsusi ilə Amerika və Sionist rejimin Gürcüstan olaylarındakı fəaliyyətləri idi.
Müttəki deyib: Biz vurğulayırıq ki, məntəqə məsələləri dialoq, dinc yollarla, qanun və ədalətə əsasən həll edilməlidir.