İİR servisi/Aran Agentliyi
Nasir Arastə deyib: ABŞ və Sionist Rejimin İrana qarşı hücum üçün hədələri heç vaxt gerçəkləşməyəcək.
İRNA-nın verdiyi məlumata əsasən, İslam İnqilabının Böyük Rəhbərinin hərbi müşaviri Nasir Arastə Tehranın cənubundakı Rey şəhərində əlavə edib: İranın silahlı qüvvələri görünən və görünməyən milli qüdrətə malikdir.
Arastə əlavə edib: Müdafiə xarakteri üzrə bütün hərbi təchizatlar görünən hissə və milli qüdrət, rəhbərlik, milli vəhdət, təcrübələr, şəhadətsevərlik və dini əhval-ruhiyyə düşmənə qarşı İranın görünməyən milli qüdrətindən hesab olunur.
Arastə əlavə edib: Düşmən yaxşı bilir ki, əgər İrana zərbə vurarsa, ondan daha artıq əvəzsiz zərbələr onun özünə dəyəcək. Çünki İran xalqı 8 il qəbul edilmiş müharibəni arxada qoyaraq, hazırda çox ayıq və hazırdır. İslam İnqilabının Böyük Rəhbərinin müşaviri vurğulayıbdır ki, düşmən görünməyən ünsürlər və İranın əzəmətli hərbi gücündən xəbərsiz olduğuna görə İrana qarşı hücuma qadir olmayacaq.