İİR servisi/Aran Agentliyi
Hollandiya Daxili Təhlükəsizlik və Kəşfiyyat Təşkilatı (AIVD), ABŞ-ın bir neçə həftə içində insansız təyyarə ilə İrandakı nüvə hədəflərə hücum etməyi planlaşdırdığını iddia etdi.
Hollandiyanın ən çox oxunan qəzetlərindən sayılan De Telegraafın, AIVDə istinadlı xəbərinə görə, İrandakı nüvə sənaye sahəsinə girməyi bacaran bir Hollandiya agenti, bir neçə gün əvvəl ölkəsinə ABŞ-ın ola biləcək hücumu səbəbiylə geri döndü.
Xəbərdə, agentin, ABŞ-ın gələcək bir neçə həftə içində İrandakı nüvə hədəflərə insansız təyyarə ilə hücum etməyi planlaşdırdığı məlumatıyla döndüyü ifadə olundu.