Tarix : 2008 Aug 30
Kod 6903

VƏHHABİLƏRLƏ SİLAHLI TOQQUŞMA

Qusarın Dağıstanla həmsərhəd Həzrə kəndi yaxınlığında Azərbaycana qanunsuz keçmək istəyən sələfilərlə (vəhabilər) sərhədçilər arasında silahlı insident olub
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycanın şimal bölgəsində yerləşən (paytaxt Bakıdan 220 km aralıda) Qusar rayonu ərazisində sələfilərə (vəhhabilər) qarşı rayonun hüquq-mühafizə orqanları əməliyyat keçirib.

Trend News-un bölgə müxbirinin rayonun hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən verdiyi məlumata görə, Qusarın Dağıstanla həmsərhəd Həzrə kəndi yaxınlığında Azərbaycana qanunsuz keçmək istəyən sələfilərlə (vəhabilər) sərhədçilər arasında silahlı insident olub.

Hadisə zamanı Azərbaycan Dövlət Sərhəd Xidmətinin bir əsgəri həlak olub, biri isə yaralanıb.

Məlumatı Qusar rayon prokurorluğundan təsdiq ediblər. Hazırda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri hadisə yerindədirlər.

Məlumata görə, kəndə giriş - çıxış bağlanıb. Qarşı tərəfdə itkilərin olması barədə məlumat yoxdur.

Avqustun 17- də Azərbaycan paytaxtındakı Əbu-Bəkr məscidində partlayış baş vermişdi. Əsasən, sələfilərin (vəhabilər) namaz qıldığı məsciddətörədilən partlayışda 2 nəfər ölüb, 19 nəfər yaralanıb.
 
  • Yazılıb
  • da (də) 2008 Aug 30