Tarix : 2008 Aug 30
Kod 6904

Azərbaycanda Vəhabilərin yeni siyasəti

.
Azərbaycan servisi/Aran Agentliyi

Yazıçı: Həsən Güli

Avqustun 17-də Bakıda "Əbubəkir" adlı məsciddə güclü bir patlayış oldu.bu hadisədə bir necə nəfər yaralandı.bu məscid vəhabilərə aid olduğuna görə, Azərbaycan respublikasında bu firqənin yeni siyasətini araşdıracayıq.bu tədqiqatda həm patlayışın səbəblərini, həm də Azərbaycanda vəhabilərin yayılma səbəbləri izah edəcəyik.xatırlatmalıyam ki, 11 il bundan öncə "Əbubəkir" məscidi Ərəbistan və Küveytin himayəsi nəticəsində inşa edilmişdir və bu gün həmin məscid Azərbaycanda vəhabilərin fəaliyyət mərkəzinə çevrilib.bu məscidin imamı Qamət Süleymanov, Azərbaycanlıdır, ancaq təhsilini Ərəbistanda alıb və buna görə də vəhabiliyin yayılması üçün əlindən gələni edir.
Giriş:
Azərbaycan respublikası adlan ölkə, "Gülüstan" (1813) və Türkmənçay müqaviləsindən (1828)öncə İranın bir hissəsi idi.bu ərazi İrandan ayrıldıqdan sonra çar və kommunistlərin işğalındaydı. 1991-ci ildə Sovet birliyi dağıldıqdan sonra Azərbaycan respublikası müstəqil oldu.xatırlatmalıyam ki, bu bölgə sovet birliyindən sonra Qərb və qərbçilərin zülmünə məruz qalıb və ötən illərdə olduğu kimi Qafqaz yenə də bir başqa dövlətə asılıdır.bu gün Azərbaycan xalqlı, çoxlu problemlərin kənarında başqa bir problemlə, yəni vəhabiyyətlə üzbəüzdür.vəhabiyyət sonradan düzəlmiş bir təriqətdir və Hənəbi məzəhəbinin bir qoludur.bu təriqət son 200 ildə çoxlu müharibələrə və müsəlmanların ölümünə səbəb olub.Bakıda "Əbubəkir"məscidində baş vermiş son patlayış, Azərbaycan respublikasında dini səbatsızlığa bir başlanğıc ola bilər və bu səbatsızlıq yalnız Azərbaycan respublikasına aid ola bilməz.
Azərbaycan respublikasında vəhabiliyin geniş miqyasda yayılma səbəbləri:
1.    Bildiyimiz kimi Azərbaycan respublikasının əksər əhalisi Müsəlmandır.lakin uzun müddət kommunist və çarların əsarətində olduğuları üçün həqiqi İslamdan xəbərsizdilər və İslamın adından başqa bir şey bilmirlər.müstəqillikdən sonra Azərbaycan xalqı, itmiş İslam dini axtardılar.həqiqi İslama qarşı mövcud olan müxtəlif məhdudiyyətlərə görə, bəhaiyyət və vəhabiyyət firqələri həqiqi İslamın yerini tutdu.
2.    Azərbaycan respublikası müstəqil olduqdan sonra xalqın dininə fikir vermədən bu ölkənin konstitusiyası laizm(dünyəvi)və sekolarizm(siyasətdən dinin uzaq olması)əsasında yazıldı.bunun nəticəsi olaraq hər bir dini etiqad və hətta dinsizlik azaddır.Azərbaycan dövləti həqiqi İslamdan qorxduğu üçün və qeyd etdiyimiz səbəblərə görə din təbliğatçıları və hətta sonradan düzəlmiş firqələr, o cümlədən vəhabiyyət öz dini etiqadlarını yaymağa başladılar.
3.    Amerika və sionist rejimi vəhabiyyətdən himayə etdiyi üçün Azərbaycanda bu firqə geniş şəkildə yayılmaqdadır.İran və Azərbaycan xalqı tarix boyu bir-birinə sıx bağlı olduğuna görə və Azərbaycan xalqının İrana olan dərin əlaqəyə görə Amerika və sionist rejimi qorxur ki, bir gün İran dövləti kimi Azərbaycanda İslam respublikası təşkil olunsun.bu səbəbə görə iki şiə müsləman xalqını ayırmaq məqsədi ilə bu firqədən himayə edirlər.vəhabiyyətin təşkili müstəmləkəçilik siyasətini yürüdən ölkələrə, o cümlədən İngiltərəyə bağlı olduğu üçün təhrif edilmiş və əhli-beytdən uzaq bir firqədir.buna görə də Şiəçiliyi düşmən tanıdaraq hər zaman Şiələrə ziyan vurmaq fikrindədilər. Amerika və Sionist rejimi İslam dini təhlükəyə salmaqdan daha çox faydalanırlar.onlar Şiəçiliyin üç əsasını-intizar, şəhadət, vilayətçilik-bildikləri üçün Şiənin gücü anlayırlar və buna görə də Azərbaycanda Şiəçilik fikirləri formalaşmaması üçün vəhabiyyətdən himayə edirlər.
4.    Qarabağ münaqişəsində Azərbaycanlılara yardım etmək üçün vəhabi əfqanlıların iştiraki və həmçinin Çeçen münaqişəsində vəhabi əfqanların olması səbəb oldu ki, xalqın vəhabiliyə maraqı artsın.
İkilik, Azərbaycanda vəhabiliyin yeni siyasəti:
Azərbaycan respublikasında vəhabilər özlərini"Sələfi"adlandırırlar.bunlar iki dəstəyə "Əbubəkir" və "Cəmaətul-Həqq"firqələrinə ayrılırlar.bunlar bir-birlərini müxtəlif ittihamlarla günahlandırırlar.
"Cəmaətul-Həqq"ə aid olan internet saytında, Qamət Süleymanovun əleyhinə çoxlu ittihamlar mövcuddur.yazılan ittihamlardan bu qənaətə gəlmək olar ki, "Cəmaətul-Həqq"Çeçen rəhbərinə, Doka Ömərov (bir müddət Çeçen prezidenti olmuşdur.2007-ci ildə bu vəzifədən kənarlaşdı və özünü"Qafqaz əmiri"adlandırdı), bağlılığı çoxdur.necə ki, Ömərovun cihad haqqında söylədiyi ifratçı fikirlər burada öz əksni tapıb.
"Cəmaətul-Həqq"-in üzvləri Qamət Süleymanovu fitnəkar və iblis adlandırıblar.o və onun tərəfdarları dövlətə yaltaqlıq ittihami ilə məhkum ediliblər.onlar, hakimiyyət qarşısında"Əbubəkir cəmiyyətini"səbirli olmaları üçün və cihad çağırışında Süleymanovun ehtiyatli olmasına görə onları tənqid ediblər.
Süleymanov"Əbubəkir Məscidi"saytına verdiyi müsahibəsində, müxalifləri savadsız və kafər adlandırıb və iddia edir ki, elmi cihad silahlı cihaddan yaxşıdır.o, Qafqaz əmiri" Doka Ömərov"haqqında belə deyir:"onun iddiaları dəyərsiz və mənasızdır.bir sıra insanlar meşədə oturublar və cihada çağırırlar.hətta İslam peyğəmbəri Məkkədə kafi qüdrətə malik olmadığı zaman belə cihadlar verməmişdir.onların iddiası məsləhətdən uzaqdır".
"Əbubəkir"məscidində baş vemiş son patlayışdan sonra iki dəstə arasında ixtilaflar daha gərginləşib.bu patlayışda "Əbubəkir Cəmiyyəti"nin vəhabiləri "Cəmaətul-Həqq"i məhkum edirlər.bu patlayışda bir neçə nəfər həlak və on nəfərdən çox insan yaralandı.Qamət Süleymanov yaralıların içərisindədir.xatırlatmalıyam ki, Azərbaycan respublikasında olan partiyalar, o cümlədən "Azərbaycanın İslam Partiyası", dini fəallar, dövlətin dini komitəsi və bir sıra ölkələr, o cümlədən Amerika bu patlayışı məhkum ediblər.
Belə nəzərə gəlir ki, vəhabilik etiqadından çox, xarici ölkələrin himayəsi nəticəsində bu firqədə yaranmış yeni siyasətin nəticəsində vəhabilər arasında iki fikirlik əmələ gəlib və əslində bu ayrılma bir növ vəzifələrin bölgüsü deməkdir.belə ki, "Əbubəkir"cəmiyyətinə tapşırılıb ki, elmi yollarla Şiə ilə mübarizə etsin, İranın və Azərbaycanın şiə xalqının əleyhinə mənfi təbliğat aparsınlar, o cümlədən İran və şiələrin əleyhinə SD-lərin hazırlanması, Şiənin əleyhinə internet saytlarının hazırlanması, təhrif edilmiş kitabların yayılması, Ərəbistan universitetlərinə tələbələrin cəzb edilməsi və ...
"Cəmaətul-Həqq"qrupuna tapşırılıb ki, elmi yollarla Şiələrlə mübarizə etsin.onların fikrincə, şiələr kafərdilər.İraqda və başqa müsəlmam ölkələrdə müsəlmanlar arasında olan qarşı durmanı Azərbaycana da gətirmək istəyirlər.
bu açıqlamadan sonra qeyd etməliyəm ki, "Əbubəkir"məscidində baş vermiş patlayışı zahirdə " Cəmaətul-Həqq"görsə də, bu hadisədə göstərir ki, onların fikrində rədd edilmiş Şiələrin məscidində də bu işləri görə bilərlər.əgər bu hadisələr baş tutsa, Azərbaycanda müxtəlif İslami məzhəblər bir-birlərinə qarşı olacaqlar və Azərbaycanın dini səbatını poza bilərlər.
Son Söz:
İndiki vəziyyətdə Amerika dövləti, Gürcüstan münaqişəsində təhqir edilib.bu vəziyyəti dəyişmək üçün və İranın əleyhinə yürütdüyü siyasətin nəticəsində Cənubi Qafqaza, xüsusi ilə İran İslam Respublikasının sərhədlərinə yaxınlaşmaqdadır və Azərbaycanda dini səbatsızlıqdan faydalana biləcək ilk ölkədir.həmçinin bu vəziyyətin yaranması sionistlərin istəyini də təmin edəcəkdir.əgər belə bir səbatsızlıq yaransa, bu rejim az miqdar məxariclə bu ölkənin enerjisinə sahib ola bilcək və yəhudilərin sayını Azərbaycanda çoxaldacaqdır.
Məlumdur, belə bir şəraitin yaranması İranın milli mənafelərinə zidddir.necə ki, Azərbaycan respublikasının dövləti də bu vəziyyətdən çoxlu ziyanlar görəcək və Qarabağın azad olunması təmami ilə ləğv ediləcəkdir.əlbəttə, Azərbaycan xalqı uzun müddətli əsarətdən sonra öz tarixi varlığının bir hissəsini, yəni Şiə məzhəbini qoruyubdur və hal-hazırda geniş miqyasda Azərbaycanda İslami oyanışın yayılması inkar edilməz bir faktdır.
Hər halda Azərbaycan dövləti dini səbatlığı qorumaq üçün və demokrasıya iddialarını sübut etdirmək üçün bu həqiqətləri qəbul etməlidir.hərçənd ki, Azərbaycan dövləti Şiələrin sayını az göstərməyə çalışır, ancaq hər kəs bilir ki, Azərbaycan xalqının 75 faizi Şiədir.bu mövzu Azərbaycan dövlətini məcbur edir ki, xalqın əksəriyyətinin hüququna fikir versin və vəhabilərin fəaliyyətini dayandırsın.hərçənd ki, bu firqənin ifratçı olması, zorakılığı, mədəni dəyərlərlə tanış olmaması, hər hansı bir yeni fikrə qarşı olması və məntiqin zəif olması onların dağılmasına səbəb olub.
 
  • Yazılıb
  • da (də) 2008 Aug 30