Şiələr vəhhabilərin pis şantajları qarşısında ayıq-sayıq və onların qeyri-insani hərəkətlərindən ehtiyatlı olmalıdırlar
Azərbaycan servisi/Aran Agentliyi
Ali dini təqlid mərcə alimlərindən olan Ayətullah Safi Qolpayqani İngiltərədə Şiəşünaslıq Araşdırmalar Mərkəzinin rəsmiləri ilə görüşdə bu məqama toxunub. Onun sözlərinə görə, ifratçı vəhhabilər məntiq və dini dayaq olmadan İraq və Əfqanıstan kimi islam ölkələrinin xalqlarını qətlam edirlər.
Ayətullah Safi Qolpayqani deyib: Şiələr vəhhabilərin pis şantajları qarşısında ayıq-sayıq və onların qeyri-insani hərəkətlərindən ehtiyatlı olmalıdırlar.
Bu ali dini mərcəyi təqlidin sözlərinə görə, İslam dini canlıdır və bəşər ictimaiyyətinin bir çox tələblərini təmin edir və dünya xalqlarının bir çox sual və müəmmaları qarşısında məntiqli və məqbul cavaba malikdir.
Ayətullah Safi Qolpayqani sonra deyib: Dünya xalqları İİR-nin müraciəti və gözəl kəlamının yaxşı məfhumunu dərk etsələr, onda islama maraq göstərəcəklər.