avqustun 31-də saat 21.30 radələrindən başlamış yanğın sentyabrın 1-də saat 00.30 radələrində söndürülüb
Azərbaycan servisi/Aran Agentliyi
Gəncədə N saylı hərbi hissədəki güclü yanğını söndürmək mümkün olub. APA-nın qərb bürosunun hazırda hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, avqustun 31-də saat 21.30 radələrindən başlamış yanğın sentyabrın 1-də saat 00.30 radələrində söndürülüb.
Qeyd edək ki, hərbi hissədən əməkdaşımıza yanğının yeməkxanada elektrik xətlərindəki qısaqapanma nəticəsində baş verdiyi bildirilib.
Lakin yanğın partlayışla müşayiət olunub. Təsdiqlənməmiş məlumatlara görə, əslində yanğın hərbi hissənin silah anbarında baş verib.
Gəncə şəhər Yanğın Mühafizə Xidmətindən bildirilib ki, hadisə yerinə 8 yanğınsöndürmə maşını və şəxsi heyət cəlb olunub. Lakin yanğın güclü olduğuna görə, Samux və Göygöl rayonların yanğınsöndürümə xidmətləri də əraziyə cəlb olunublar.