Tarix : 2008 Sep 01
Kod 6939

ARTIQ DÜNYANI TEHRANLA DEYİL, MOSKVA İLƏ QORXUDURLAR

Gürcüstandakı müharibə İranın nüvə məsələsinin dünya mətbuatının birinci səhifələrindən yoxa çıxmasına səbəb oldu və Rusiya ilə Qərb arasındakı soyuqluq İran üçün ancaq müsbət nəticələrə gətirə bilər
Rusiya servisi/Aran Agentliyi

Belə bir nəticə ilə İranın ingilisdilli İranNews qəzeti çıxış etmişdir. Bundan başqa Le Fiqaro qəzeti bildirir ki, «yeni beynəlxalq konflikt İran təhlükəsi kimi adlanan konfliktin unudulmasına səbəb oldu».

İran mətbu orqanı Amerikanın anti-İran çıxışlarını «qabaqcadan düşünülməmiş təəssürat bağışlayan irticavi bir fikir» adlandırır. Müqayisə üçün qəzet xarakterik olaraq Rusiyanın potensial təhlükəsini misal gətirir.

“İran artıq 300 ilə yaxındır ki, heç bir dövlətin ərazisinə soxulmur, onun nüvə silahı yoxdur və nüvədən heç zaman dini etiqad mövzularında istifadə etməyəcək,”- deyə İran News bildirilir.

“Rusiya öz növbəsində dünyada ən böyük kütləvi qırğın silahı ehtiyatına (7000 yaxın nüvə bombası və kifayət qədər kimyəvi və bioloji silahlar) malik bir ölkədir. Moskva digər ölkələrin ərazisini işğal etməyə daha çox meyllidir”, - deyə qəzetdə əlavə olunur.

Mətbu orqanın yazısında bildirilir ki, Rusiya ilə Qərb arasındakı soyuqluq İrana qarşı tədbiq olunan sanksiyaların həyata keçirilməsinə və BMT-nin təhlükəsizlik şurasında ölkəyə qarşı cəza tətbiqinin dördüncü mərhələsinin keçirilməsinə mane olacaq.

  • Yazılıb
  • da (də) 2008 Sep 01