Moskva özünün neft və qaz enerjisi ixracını məhdudlaşdırmaq niyyətində deyil və imzaladığı müqavilələrə sadiq qalacaq
Rusiya servisi/Aran Agentliyi
Putin deyib: Moskva öz neft və qaz enerjisinin Avropaya ixracını məhdudlaşdırmaq deyil, onları çeşidləndirmək niyyətindədir.
Frans Pressin verdiyi məlumata görə, Rusiyanın Baş Naziri Vladimir Putin Rusiya telekanallarının biri ilə müsahibədə deyib: Moskva özünün neft və qaz enerjisi ixracını məhdudlaşdırmaq niyyətində deyil və imzaladığı müqavilələrə sadiq qalacaq. Rusiyanın Baş Naziri sonra deyib: Biz dünya iqtisadiyyatı üçün zəruri olan ixracatımızı çeşidləndirmək və artırmağı qarşıya məqsəd qoymuşuq. Putinin sözlərinə görə Moskva Dünya Ticarət Təşkilatına qoşulmaq üçün bəzi məsələləri dayandıracaqdır. Rusiyanın Baş Naziri deyib: Biz hələ beynəlxalq Ticarət Təşkilatının üzvü deyilik. Ancaq bütün öhdəlikləri qəbul etməliyik.
Onun sözlərinə görə, bu öhdəliklərin qarşısında Rusiyaya heç bir imtiyaz verilməyibdir.
Putin bu vəziyyətin Rusiyanın milli mənafeyi ilə zidd olmasına işarə edərək deyib: Bütün bu sözlərlə yanaşı Rusiya dünya ticarət təşkilatına qoşulmaqdan vaz keçməyəcəkdir.