Azərbaycan servisi/Aran Agentliyi
Bu gecə saat 23.00 radələrində Bakının Suraxanı rayonu Atamoğlan Rzayev küçəsi ev 572-də partlayış baş verib. Partlayış nəticəsində xəsarət alan olmasa da, ev tamamilə bərbad hala düşüb. Evin bir otağı və divarı tamamilə dağılıb, evin əşyaları çölə dağılıb, hətta qonşu evlərin pəncərələri də qırılıb. Hadisə baş verən vaxt xoşbəxtlikdən ev sahibləri evdə olmayıblar.
ANS TV-nin məlumatına görə, hadisə yerinə Suraxanı rayon 31-ci polis bölməsinin əməkdaşları gəliblər. Polislər hadisə yerinə Fövqəlada Hallar Nazirliyinin əməkdaşlarının dəvət olunduğunu bildiriblər. Partlayışın nədən baş verməsi FHN-nin araşdırmasından sonra bəlli olacaq.