Biz də, lazım gəldikdə müxalifləri sanksiyaya məruz etmək üçün xüsusi qanunlar qəbul edə bilərik
Rusiya servisi/Aran Agentliyi
Rusiyanın prezidenti Dimitri Medvedyev Moskvaya qarşı hər hansı bir sanksiyanın əvəzini çıxmağa ölkəsinin hazır olduğunu bildirib. Frans Pressin Moskvadan verdiyi məlumata görə, Medvedyev Rusiya televiziyası ilə müsahibədə Avropa ölkələrinin Moskvanı sanksiyaya məruz etmək üzrə irəli sürdükləri məsələləri tənqid edərək deyib: Biz də, lazım gəldikdə müxalifləri sanksiyaya məruz etmək üçün xüsusi qanunlar qəbul edə bilərik.
Rusiya prezidentinin bu sözləri Avropa Birliyinin Qafqaz münaqişəsi ilə bağlı növbədən kənar iclası ərəfəsində irəli sürülüb. Medvedyev habelə təkidlə bildirib: Rusiya Amerikanın hegemonçuluğuna tabe olmayacaq. Çünki belə bir dünya təhlükəlidir və hər an onun təhdidə məruz qalması mümkündür.