Tarix : 2008 Sep 01
Kod 6943

SABAH RAMAZAN AYININ 1-Cİ GÜNÜDÜR

Bu gün oruc tutan qardaş və bacıların orucu isə niyyətlərindən aslı olaraq ya qəza, ya da müstəhəb orucdan sayılacaq
Azərbaycan servisi/Aran Agentliyi
Mübarək Ramazan ayının başlanması münasibətilə bütün müsəlman qardaş və bacılarımızı təbrik edir və onların diqqətinə çatdırırıq ki, Allah-Təalanın bəşər üçün vacib buyurduğu hökmlərindən olan orucluq ibadətinin başlanğıcı - mübarək Ramazan ayının ilk günü bu il sentyabr ayının 2-nə təsadüf edir. Sentyabrın 1-i Orucluğun niyyət gecəsidir. Şəvval hilalının görünməsindən asılı olaraq, Ramazan bayramı, inşallah, miladi təqvimi ilə oktyabrın ya 1-nə, ya da 2-nə düşür.

﴿یَا أَیُّهَا الَّذِینَ آمَنُوا كُتِبَ عَلَیْكُمُ الصِّیَامُ كَمَا كُتِبَ
عَلَى الَّذِینَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ﴾

Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! ﴿;
(əl-Bəqərə 183).


1-Cİ GÜNÜN DUASI




İmsak Vaxtı 05:44 İftar vaxtı 20:29

اَللّهُمَّ اجْعَلْ صِیامِى فِیهِ صِیَامَ الصَّائِمِینَ. وَ قِیَامِى فِیهِ قِیامَ
الْقَائِمِینَ. وَ نَبِّهْنِى فِیهِ عَنْ نَومَةِ الْغافِلِینَ وَهَبْ لِى جُرْمِى فِیهِ یَا اِلهَ الْعَالَمِینَ وَاعْفُ عَنِّى یَا عَافِیاً عَنِ الْمُجْرِمِینَ.



Əllahumməc’əl siyami fihi siyaməs-saimin. Və qiyami fihi qiyaməl-qaimin. Və nəbbihni fihi ən nəvmətil-ğafilinə və həb li curmi fihi ya ilahəl-aləmin. Və’fu ənni ya afiyən ənil-mucrimin.



İlahi, bu gün mənim orucumu oruc tutanların orucundan və durub Sənə ibadət etməyimi ibadət edənlərin ibadətindən hesab et. Və bu günkü gündə məni qəflətdə yatanların yuxusundan oyat. Günahlarımı bağışla, ey aləmlərin Allahı və ey günahkarları əfv edən!
  • Yazılıb
  • da (də) 2008 Sep 01