Tarix : 2008 Sep 02
Kod 6962

Azərbaicanda Məscidlərin həyətində namaz qılınmasına qeyri-müəyyən vaxtadək qadağa qoyuldu

Qadağa qeyri-müəyyən vaxtadək qoyulub. Məqsəd dindarların təhlükəsizliyidir
Azərbaycan servisi/Aran Agentliyi
«Ramazan ayında dini ayinləri yerinə yetirən insanların sayının artmasını nəzərə alaraq onların təhlükəsizliyinin gücləndirilməsi üçün məscidlərin həyətlərində fərdi və kütləvi qaydada namaz qılınmasına icazə verilməcək». Bu barədə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmaylov məlumat verib.
Onun sözlərinə görə bu barədə məscidlərin axundları məlumatlandırılıb: «Sadəcə olaraq «Əbubəkr» məscidində baş verən sonuncu hadisədən sonra dindarların təhlükəsizliyi nəzərə alınaraq, məscidlərdən kənarda, yəni onların həyətindən kütləvi namazın qılınması icazə verilmir. Bu, hansısa təriqət mənsubunun məscidə gəlməsinə qadağa qoyulması, hansısa məscidin bağlanması kimi də başa düşülməməlidir. Bu, sırf dindarların təhlükəsizliyi nöqteyi-nəzərindən atılmış bir addımdır».

G.İsmayılov ANS PRESS-ə bildirib ki, məscidlərin həyətlərində namaz qılınmasının qadağan edilməsi müvəqqətidir: «Qadağa qeyri-müəyyən vaxtadək qoyulub. Məqsəd dindarların təhlükəsizliyidir». G.İsmayılov qeyd edib ki, namaza qoyulan qadağa ilə bağlı qərar hökumətə məxsusdur.
 
  • Yazılıb
  • da (də) 2008 Sep 02