Biz rus xalqının düşmənləri deyilik, bizi qul etməyə çalışanların düşmənləriyik
Gürcüstan servisi/Aran Agentliyi
«Yeni Şərq»in Gürcüstan KİV-inə istinadən verdiyi xəbərə əsasən, Gürcüstan prezidenti Mixail Saakaşvili Tiflisdə keçirilən aksiya zamanı sentyabrın 1-ni Gürcüstanın həmrəyliyi günü elan edib. Dövlət başçısı kiçik Gürcüstanın böyük Rusiyaya mütləq qalib gələcəyinə söz verib: “Biz rus xalqının düşmənləri deyilik, bizi qul etməyə çalışanların düşmənləriyik. Psouya və ya Roksk tunelinə kimi ərazidə bir işğalçı qalana qədər Gürcüstan müqaviməti dayandırmayacaq və öz məğrur bayrağını endirməyəcək”. Saakaşvili rusiya ilə Gürcüstanın qarşıdurmasını əfsanəvi Georgi ilə qaliafın mübarizəsinə bənzədib.