İİR servisi/Aran Agentliyi
İran, Rusiyadan S-300 mərmi müdafiə etmə sistemi almadığını açıqlayıb. Bu açıqlama ilə İsrail yalanlanmış olub.
İslam-Azerinin AA-ya istinadlı xəbərinə görə,
İran, Rusiyadan S-300 raket müdafiə etmə sistemi almadığını bildirib.
Xarici işlər nazirliyi sözcüsü Həsən Kaşkavi, İranın Rusiyadan raket müdafiə etmə sistemləri aldığı yönündəki İsrail iddialarını yalanlayıb.
İddialara bağlı, "Belə bir şey doğru deyil" deyən Kaşkavi, "Raket müdafiə etmə sənayemiz, ekspertlərimiz və elm adamlarımız tərəfindən inkişaf etdirilmiş olub tamamilə yerlidir. Beynəlxalq qanunlar çərçivəsində raket müdafiə etmə gücümüzü artırmağa çalışırıq" ifadələrini bildirib.
İsrail rəsmi mənbələri, İranın il sonuna qədər Rusiyadan S-300 raket müdafiə etmə sistemləri aldığını iddia etmiş və İranın söz mövzusu sistemi əldə etməsinin bu ölkəyə ola biləcək bir hücumu çətinləşdirəcəyini bildirmişdi.
ABŞ kəşfiyyat mənbələri də son günlərdə Vaşinqton ilə Moskva arasındakı gərginliyə diqqəti çəkərək, Rusiyanın S-300 raket sovar sistemini İrana sata biləcəyini açıqlamışdı.
Açıqlamada, "S-300lər, Qərbli bütün hava qüvvələrinin qorxduğu bir sistem" ifadəsi istifadə edilmişdi.