Ramazan ayının isti və uzun günlərə bərabər gəlməsi maye qəbulu necə olmalı sualını gündəmə gətirdi
Azərbaycan servisi/Aran Agentliyi
Türkiyənin Səma Xəstəxanasının eksperti Heyrəttin Xoşbəxt, Ramazan ayının sentyabr ayına bərabər gəlməsi ilə, gündə ortalama 14-15 saat ac və susuz qalacağımızı xatırladaraq, "İftar edildikdən yatana qədər təxminən hər yarım saatda bir stəkan su içmək lazımdır" deyə bildirdi
"İmsakda da qəbul edəcəyiniz 2 stəkan su ilə təxminən olaraq gündəlik su istehlakınızı təşkil etmiş olacaqsınız.'' şəklində danışdı. Ekspertlər bu dövrdə ən az iki litr su içilməsi lazım olduğunu bildirir.
Sudan başqa maye qaynaqları olaraq, qatıq-süd, tərəvəz və meyvələr göstərilir. Ekspert Nəsrin Artan isə "Bu dövrdə saf sudan başqa maye qəbulunda həddindən artıq çay, qəhvə və turşulu içkilərin yerinə təzə sıxılmış meyvə şirəsi və kompot seçilməlidir'' xəbərdarlığını etdi.
O həmçinin "Maye istehlakının gün içində birdən-birə tamamilə kəsilməsi xüsusilə ilk həftədə təsirini göstərəcək. Daha sonra bədən özü gün içində maye istehlak edilməməsinə qarşı tədbirlərini götürməyə başlayacaq'' şərhini də etdi.